/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dağlıq Qarabağ

Kəsəri olmayan bəyanatlar

Şriftin ölçüsü:  11px13px15px17px

BMT baş katibi Pan Gi Mun Ermənistan-Azərbaycan cəbhəsində gərginliyin artması ilə bağlı bəyanatla çıxış edib. Pan Gi Mun tərəfləri atəşkəs barədə sazişə hörmətlə yanaşmağa, zorakılıqdan çəkinməyə və gərginliyi dərhal aradan qaldırmağa, həmçinin münaqişənin qısa zamanda və sülh yolu ilə həllinə nail olmaq üçün dialoqu davam etdirməyə çağırıb. ABŞ dövlət departamenti, Böyük Britaniyanın xarici işlər nazirliyi, Rusiyanın xarici işlər naziri də buna bənzər açıqlama yayaraq, yaranmış vəziyyətdən narahatlıqlarını ifadə ediblər. Amma bəyanatların heç birində konkret ünvan göstərilməməsi, daha doğrusu Ermənistanın kəşfiyyat-təxribat qruplarının mövqelərimizə basqın etməsinin pislənilməməsi təəccüb və təəssüf doğurur. BMT-nin 4 qətnaməsinə əməl etməyən işğalçı ölkənin belə bəyanatlara məhəl qoyacağı heç də inandırıcı görünmür.
Siyasətşünas Mübariz Əhmədoğlu deyir ki, Rusiya ilə Ukrayna arasında yaşanan gərginlik fonunda beynəlxalq qurumlar tərəfindən Rusiyaya sanksiyalar tətbiq olunsa da, işğalçı Ermənistan indiyədək heç bir sanksiya ilə üzləşməyib. Beynəlxalq ictimaiyyət təcavükarı vaxtında cəzalandırsaydı, regionda gərginlik səngiyər, nə Abxaziya, nə Osetiya, nə də Krım kimi münaqişə ocaqları meydana gələrdi.
Elə cəbhədəki vəziyyətlə bağlı yayımlanan son bəyanatlarda da basqın edənlə hücuma məruz qalan tərəfə eyni prizmadan yanaşılır. Təmas xəttində təxribatın məhz Ermənistan tərəfindən törədildiyi vurğulanmır. Xeyli insan itkisi ilə nəticələnən hadisəyə ötəri yanaşan beynəlxalq təşkilatlar erməni kəşfiyyatına işləyən leyla yunus kimilərin həbsinə isə, o dəqiqə reaksiya verirlər. Təəssüf ki, budur dünya birliyinin yanaşması, ikili standartları.

19:00 / 05.08.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 29
Bu gün: 3189
Bu ay: 67009
Ümumi: 16381032
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın