/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dağlıq Qarabağ

Hədəfdə yenə də uşaqlardı

Şriftin ölçüsü:  11px13px15px17px

Cəbhə bölgəsində mütəmadi olaraq atəşkəsi pozan ermənilərin bu dəfə də hədəfi uşaqlar oldu. Gədəbəyin Göyəli kəndində 14 yaşlı Şəlalə Tağıyeva erməni hərbçilərin açdığı atəş nəticəsində sol ayağından yaralandı. Məlumata görə, Şəlalə öz evlərinin həyətində düşmən gülləsinə tuş gəlib. Azyaşlı sol ayayğından əməliyyat olunub. Xəstənini vəziyyətinin kafi olduğu bildirilir. Lakin bu, erməni terroruna tuş gələn nə birinci, nə də sonuncu uşaqdır. Bundan əvvəl də ermənilər körpələrimizi hədəfə alıblar. 9 yaşlı Fariz Bədəlovun erməni snayperçiləri tərəfindən güllələnməsini beynəlxalq qurumlar unutsa da, Azərbaycan xalqı ununtmayıb. Günahsız uşaqları qətlə yetirmək üçün oyuncağın içinə partlayıcı qoyub çayla üzüaşağı buraxmağı yalnız ermənilər ağıllarına sığışdıra bilərdilər. 3 il əvvəl 13 yaşlı Aygün Şahmalıyevanın həyatına məhz bu cür son qoyuldu. Anoloji hadisə 1994-cü ildə də baş vermişdi. 2 azyaşlı çaya buraxılan oyuncağı götürmək istəyərkən, partlayış baş vermiş və uşaqlar ölmüşdü. Bütün bu vəhşiliklər ermənilərin hətta körpələrin belə qanına susadıqlarını bir daha təsdiqləyir. Hərbi ekspertələr deyir ki, ATƏT-in Minsk Qrupu başda olmaqla beynəlxalq təşkilatların Ermənistanın törətdiyi bu cinayətlərə laqeyd qalması, anlaşılan deyil. Bu vəhşiliklərin yenidən təkrarlanmaması üçün rəsmi İrəvana qarşı ciddi təzyiq mexanizmləri tətbiq edilməlidir. Əks halda, Erməni faşizmi bütün dünya üçün təhlükəyə çevrilə bilər.

19:00 / 04.08.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 19
Bu gün: 466
Bu ay: 97984
Ümumi: 16412007
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın