/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dağlıq Qarabağ

Ağdamın işğalından 21 il ötdü

Şriftin ölçüsü:  11px13px15px17px

1988-ci ildən başlayaraq, ağdamın müdafiəsinə qalxan minlərlə mərd oğlun beş illik dirənişinə baxmayaraq, havadarların köməyi sayəsində erməni hərbi birləşmələri Ağdamı işğal etdi. Nəticədə 1 şəhər, 1 qəsəbə, 82 kənd, 34600 yaşayış evi, 27 sənaye, 29 kənd təsərrüfatı, 57 rabitə, 120 səhiyyə, 108 mədəniyyət obyekti, 114 tədris, 59 məktəbəqədər tədris, 11 nəqliyyat, 32 tikinti müəssisəsi, xeyli sayda tarixi abidə və muzey tamamilə dağıdılaraq məhv edildi. Ağdam rayonunun 77,4 faizi düşmən nəzarətinə keçdi. İndi həmin o günləri Ağdamın müdafiəsinə qalxan döyüşçülər yaxşı xatırlayırlar. Rayonun işğalı zamanı məcburi köçkün düşən 130 min nəfər əhalinin sayı indi 160 minə çatıb. Bu keçən zaman ərzində Ağdamın işğal olunmayan ərazilərində yeni infrastruktur yaradılıb. Rayon mərkəzi Quzanlıda yerləşir ki, burada yeni inzibati binalar, səhiyyə və təhsil müəssisələri, sosial, idman obyektləri tikilərək istifadəyə verilib. Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün təkcə rayon ərazisində 20-dək qəsəbə salınıb. Ölkənin müxtəlif şəhər və rayonlarında məskunlaşan köçkünlərin yarsından çoxu evlə təmin olunub. Öz içində özü qədər ağır dərd, vətən-yurd həsrəti gəzdirən ağdamlılar onlar üçün yaradılan bu şəraitdən razıdırlar. Lakin bütün bunlar onların nə torpaq həsrətinə son qoya bilib, nə də yaralarını sağaldıb. Bu insanları yaşadan isə inamdır. Torpaqlarının azad olunacağı günə olan inam…
Habil Aslanoğlu

13:00 / 23.07.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 18
Bu gün: 1123
Bu ay: 98641
Ümumi: 16412664
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın