/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dağlıq Qarabağ

İsrail quru əməliyyatlarına start verdi

Şriftin ölçüsü:  11px13px15px17px

İsrail ordusu Qəzza zolağında yerüstü əməliyyata başlayıb. Həmas hərəkatı İsrail ordusunun əməliyyatının dəhşətli nəticələr verəcəyini bildirib. Türkiyənin bir neçə şəhərində isə İsrail-Fələstin münaqişəsi ilə əlaqədar akisyalar keçirilib.
İsaril ordusu yerüstü əməliyyata başlamazdan əvvəl Qəzza zolağını artilleriyadan və havadan atəşə tutub. Hücum əmrini İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri Moşe Yaalon verib. Döyüş tapşırığına əsasən ordu Həmasa aid olan tunelləri məhv etməlidir. Hərbçilər bu əməliyyatın ən azı bir həftə sürəcəyini bildirirlər. İsrail ordusuna məxsus çoxlu sayda tank və zirehli texnika Qəzzanın cənubunda yerləşən Rəfah və Xan Yunis şəhərlərindən Fələstn ərazisinə girib. Daha sonra isə Qəzza və Rəfah şəhərləri bombardman edilib. İsrail ordusunun Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 5 nəfər ölüb.
Ordunun Qəzzaya girişinin qarşısını almaq üçün isə Həmas hərəkatının hərbi qanadı «İzəddin əl-qəssam» briqadası zirehli texnika və taknlarla hücuma keçib. Onlar İsrailin zirehli texnikalardan birini məhv edib. «İsaril ordusunun başladığı quru əməliyyatının dəhşətli nəticələri olacaq». Bu haqda «Həmas» hərəkatı İsrailə xəbərdarlıq edib. Həmas təmsilçisi Sami Zühri bəyan edib ki, İsrailin hərəkətləri fələstinliləri qorxutmur.
İsrail-Fələstin müharibəsi ilə əlaqədar Türkiyənin bir neçə şəhərində etiraz aksiyaları keçirilib.

13:00 / 18.07.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 23
Bu gün: 137
Bu ay: 97655
Ümumi: 16411678
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın