/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dağlıq Qarabağ

Təyyarənin vurulmasına görə dünya Rusiyadan şübhələnir

Şriftin ölçüsü:  11px13px15px17px

Ukraynanın Donetsk vilayyətində vurulan «Malaziya eyəlayns» şirkətinə məxsus «Boinq 777» təyarəsi dünyanın əsas gündəminə çevrilib. Separatçılar təyyarənin qara qutusunu tapdıqlarını bildirib. «Boinq 777» sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 298 nəfərə çatıb. Onlardan 283-ü sərnişin, 15-i isə ekipaj üzvüdür. Qəzada ölənlərin siyahısı da açıqlanıb.
Ölənlərin adlarını «Malaziya eyəlayns» aviaşirkəti açıqlayıb. Şirkətin məlumatına görə «Boinq 777» təyyarəsinin göyərtəsində 154 Niderland, 27 Avstraliya, 23 Malaziya, 11 İndoneziya, 6 Britaniya, 4 Almaniya,4 Belçika, 3 Filippin və 1 Kanada vətəndaşı olub. Digər sərnişinlərin isə milliyyəti hələlik müəyyənləşdirilməyib. Hadisə zamanı Ümumdünya Səhiyyə Təşkilatının xüsusi nümayəndəsi Qlen Tomas da həlak olub. Məlumatı BMT-nin mənzil qərargahı yayıb. Hazırda qəzanın baş verdiyi ərazidə axtarış əməliyyatları davam edir. Donetskdə vurulan təyyarəni izləyən ispaniyalı dispetçerin sözlərinə görə «Boinq»-in düşməsindən bir az əvvəl təyyarənin yanında 2 qırıcı uçurmuş. Verilən məlumata görə dispetçer bu barədə öz tvitter səhifəsində yazıb. ABŞ kəşfiyyatı radarlarda «Yer-hava»tipli raketin qeydə alındığını və təyyarənin də məhz bu raketlə vurulduğunu iddia edir. Faciə ilə bağlı Malaziyanın təhqiqata başladığı bir anda Rusiya və Ukrayna bir birlərini ittiham etməyə başlayıb. Rusiya prezidenti Vladimir Putin hesab edir ki, Malaziyaya məxsus təyyarənin vurulmasına görə məsuliyyət Ukraynanın üzərinə düşür. Putin bu haqqda keçirdiyi iclasda danışıb.
Ukrayna prezidenti Pyotr Poroşenko isə Donetsk vilayətində Malaziyaya məxsus təyyarənin vurulmasını terror aktı kimi qiymətləndirib. Bunu Poroşenkonun mətbuat katibi bəyan edib. Paraşenko həmçinin dövləti adından faciədə ölənlərin ailələrinə dərin hüzünlə baş sağlığını verib. Ukraynanın baş naziri Arseni Yatsenyuk da «Boinq 777» sərnişin təyyarəsində ölənlərin yaxınlarına başsağlığı verib və bu dəhşətli hadisəni törədənlərin tapılaraq cəzalandırılması üçün əllərindən gələni edəcəklərini bildirib. Qeyd edək ki, bir sıra aviaşirkətlər Ukrayananın hava məkanı üzərindən uçuş həyata keçirməyəcəklərini bəyan edib. Bu barədə Türkiyə Hava Yolları, Almaniyanın «Lufthanza», Rusiyanın «İtransaero» aviaşirkətləri qərar qəbul edib. ABŞ hökuməti də Amerika təyyarələrinə Ukraynanın şərq ərazilərinin hava məkanından uçmağı qadağan edib. Çin hökumətidə Çin Hava Yolları şikrətinə analoji tapşırıq verib. Qeyd edək ki, qadağa olunmuş əraziyə Donetsk, Xarkov və Dnepropetrovsk vilayyətləri daxildir. Vurulmuş «Boinq»-in yerə düşməsindən dərhal sonra «Rosaviasiya» sayıtı baş verənlərlə bağlı ehtimal irəli sürüb. Sayıtın iddasına görə Ukrayna hərbçiləri Rusiya prezidenti Vladimir Putinin təyyarəsini vurmaq istəyib. «Rosaviasiya»-nın adı açıqlanmayan nümayəndəsinin sözlərinə görə Varşava yaxınılığında prezidentin təyyarəsi ilə vurulan «Boinq 777» eyni nöqtədə kəsişib. Təyyarələrin ölçüləri və rənglərinin də eyni olduğu bildirilir. Bu arada bu gün BMT Təhlükəsizlik Şurasında sözügedən hadisə ilə bağlı təcili toplantı keçiriləcək. Bu haqda Britaniyanın BMT-dəki nümayəndəliyinin mətbuat xidməti məlumat yayıb. Nümayəndəlik iclasın açıq keçiriləcəyini qeyd edib. Məlumata əsasən siyasi məslələr üzrə BMT baş katibinin müavini Cefri Feltman məruzə ilə çıxış edəcək. Xatırladaq ki, 4 ay ərzində «Malaziya eyəlayns» artıq ikinci təyyarəsini itirib. Belə ki, Donetsk vilayətində vurulan «Boinq 777 təyyarəsindən öncə martın 8-də Kuala Lumpurdan uçan eyni tipli təyyarə yoxa çıxıb və bu günə kimi təyyarənin harda olduğu bilinmir.

13:00 / 18.07.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 29
Bu gün: 9305
Bu ay: 260768
Ümumi: 14395129
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın