/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dağlıq Qarabağ

Xarici işlər nazirləri arasında görüş baş tutub

Şriftin ölçüsü:  11px13px15px17px

Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmdyarov və Edvard Nalbandiyan arasında görüş baş tutub. Görüşdən dərhal sonra isə həmsədirlər bəyanatla çıxış ediblər. Bəyanatda münaqişənin həllində konkret məsələlərdə irəliləyişin vaciblyi vurğulanıb.
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz Tvitter səfəsində yazıb. «Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüş başa çatdı, sabah Vaşinqtona qayıdıram» həmsədr bildirib. Nazirlərin görüşündən dərhal sonra həmsədirlər yazılı bəyanatla çıxış ediblər. Sənəddə bildirilir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri yaxın gələcəkdə prezidetlərin görüşünün mümkünlüyünü müzakirə ediblər və konkret məsələlərdə irəliləyişin vacibliyini vurğulayıblar. ATƏT-in Minsk qrupunun həmsədirləri nazirləri bölgədəki gərginlyin aradan qaldırılması üçün ciddi addımlar atmağa və dinc nizamlama prosesini davam etdirməyə çağırıblar. Dağlıq Qarabağ konfliktinin həlli yolları moskvada Elmar Məmmədyarov və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında da müzakirə olunub. İki tərəfli görüş mətbuata qapalı keçirildiyindən aparılan müzakirələr barədə heç bir məlumat verilimir. Xatırladaq ki, Azərbaycan və Ermənistan prezidetləri İlham Əliyev və Serj Sarksiyan sonucu dəfə 2013-cü ilin noyabrında Vyanada görüşüblər.

13:00 / 05.04.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 25
Bu gün: 1874
Bu ay: 151615
Ümumi: 14285976
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın