/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dağlıq Qarabağ

Qarabağ danışıqları Parisdə və Moskvada davam etdirilir

Şriftin ölçüsü:  11px13px15px17px

Bu gün Parisdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair muzakirələr aparılacaq. ATƏT-in Minsk qrupunun həmsədrləri Parsidə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcəklər. Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev «Lider» televiziyasına açıqlamasında bildirib ki, Məmmədyarov vasitəçilərlə münaqişənin nizamlanmasına dair danışıqların gedişini müzakirə edəcək. Görüşdən sonra isə vasitəçilər Moskvaya gedəcəklər. Amerikalı həmsədr Ceyms Uorlik «Tvitter» səhifəsində yazıb ki, Paris danışıqlarından sonra müzakirələr Moskvada davam etdiriləcək. Ekspertlər vasitəçilərin Moskva səfərini rusiyanın münaqişə bölgəsinə təsir imkanlarının çoxluğu ilə izah edirlər.
Bu arada vasitəçilərin diqqəti ukrayna hadisələrinə yönəlib. Həmsədrlər hesab edirlər ki, Ukrayna hadisələri Dağlıq Qarabağ münaqişəsinin həllində dönüş yarada bilər. Amerikalı həmsədr ceyms uorlik «Tvitter» səhifəsində yazıb ki, Ukraynadakı gərginlik bütün region dövlətlərini narahat edir. «Ukrayna hadisələrinin Dağlıq Qarabağ münaqişəsiinn sülh variantı ilə həllinə kömək edə biləcəyini ehtimal etmək olarmı?» - deyə Uorlik qeyd edib. Siyasi müşahidəçilər vasitəçilərin ukraynadakı vəziyyətlə Dağlıq Qarabağ münaqişəsinin müqayisəsini düzgün hesab etmirlər.
Xatırladaq ki, həmsədrlər martın 3-də Parisdə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla da danışıqlar aparıblar. Vasitəçilər qısa vaxtda prezidentlərin növbəti görüşünü təşkil etmək niyyətində olduqlarını açıqlayıblar.

Teymur Mərdanoğlu

19:00 / 10.03.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 53
Bu gün: 8578
Bu ay: 298563
Ümumi: 14432924
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın