/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dağlıq Qarabağ

Ermənistan prezidenti vədinə əməl edəcəkmi?

Şriftin ölçüsü:  11px13px15px17px

Azərbaycan və Ermənistan prezidentləri Soçi olimpiya oyunları günlərində atəşkəsin pozulmayacağına təminat veriblər. Bu barədə amerikalı həmsədr Ceyms Uorlik açıqlama verib. Regiona səfərin yekununa dair bəyanatla çıxış edən vasitəçilər tərəfləri qoşunların təmas xəttində gərginliyin artmasına imkan verməməyə çağırıblar.
ATƏT-in Minsk qrupu həmsədrləri Iqor Popov, Jak For, Ceyms Uorlik və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik fevralin 4-5-də Azərbaycanda və Ermənistanda prezidentlər, xarici işlər və müdafiə nazirləri ilə görüşlər keçiriblər.
Vasitəçilərin qəbul etdiyi bəyanatda bildirilir ki, səfər zamani Dağliq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasi istiqamətində danişiqlarin Vyana görüşündə razilaşdirildiği kimi, ən yüksək səviyyədə davam etdirilməsinin vacibliyi vurğulanib. Həmsədrlər cəbhə xəttində atəşkəs pozuntularinin artmasindan narahatliqlarini bildiriblər və hər iki tərəfi hərbi ritorikanin dərəcəsini azaltmağa çağiriblar. Onlar eyni zamanda, xüsusilə Soçidə keçiriləcək qiş olimpiya oyunlari zamani tərəfləri gərginliklərin qarşisini almağa səsləyiblər. Həmsədrlər tərəflərlə gələn həftələr ərzində yüksək səviyyədə görüşlərin keçirilməsi ilə bağli məsləhətləşmələri davam etdirəcəklər”. Bəyanatda belə deyilir.
ATƏT-in Minsk qrupunun amerikali həmsədri Ceyms Uorlik isə özünün tvitter hesabinda bildirib ki, Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan Soçidə keçiriləcək olimpiya oyunlari ərəfəsində qoşunlarin təmas xəttində atəşkəsin qorunmasina nəzarət edəcəklərinə təminat veriblər.
Bu bəyanatları şərh edən siyasətşünas Mübariz Əhmədoğlu deyir ki, son günlər qoşunların təmas xəttində gərginliyin artması məhz Ermənistan prezidenti Seyrj Sarkisyanın istəyi ilədir. Sarkisyan bu yolla ölkədə öz rejimini davam etdirməyə çalışır. Minsk qrupu həmsədrləri isə regionda baş verən hadisələrin mahiyyətini başa düşmədən fəaliyyət göstərirlər.
Bu arada Rusiya Xarici İşlər Nazirliyi dünyada bütün münaqişə iştirakçılarını “Olimpiya sülhü” elan etməyə çağırıb. “Olimpiya sülhü” dünyadakı münaqişələrin iştirakçılarına atəşkəs əldə etməyə, mülki əhalinin əzablarına son qoymağa və BMT nizamnaməsində yer alan prinsiplər əsasında böhranların həlli üçün siyasi prosesin başlanılmasına imkan verəcək”. Nazirliyin saytında yerləşdirilən bəyanatda belə deyilir.

Təranə Ziyadzadə

19:00 / 06.02.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 39
Bu gün: 12746
Bu ay: 209957
Ümumi: 17924128
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın