/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dağlıq Qarabağ

Həmsədrlər Bakıdadırlar

Şriftin ölçüsü:  11px13px15px17px

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi təhlükəsizlik məsələlərinə dair Münhen konfransında müzakirə olunub. Dağlıq Qarabağ da daxil olmaqla dondurulmuş münaqişələrin həlli yollarını axtarıb tapmağın prioritet olduğu vurğulanıb. Münaqişənin həlli Minsk qrupu həmsədrlərinin regionda keçirəcəkləri görüşlərdə də diqqət mərkəzindədir.
“ATƏT və 5+2 formatı Qarabağ münaqişəsini həll etməyə qadir deyil. Münaqişənin həlli yollarını tez bir zamanda axtarıb tapmaq və birdəfəlik həll etmək lazımdır”. Belə bəyanatla Rumıniya Prezidenti Trayan Besesku təhlükəsizlik məsələlərinə dair Münhen konfransında çıxış edib. Bildirib ki, Avropa İttifaqı dondurulmuş münaqişələrin nizama salınmasını özü üçün prioritet kimi müəyyənləşdirsə və ABŞ-ın köməyi ilə diplomatik imkanlardan istifadə etsə, onda problemi bütün tərəflərin xeyrinə həll etmək mümkün olar. Besesku həmçinin Dağlıq Qarabağ münaqişəsinin çoxmillətli formatda həllinin mümkün olmayacağını bildirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi xarici işlər naziri Elmar Məmmədyarovun ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Viktoriya Nuland və ATƏT-in baş katibi Lamberto Zannier ilə keçirdiyi görüşlərdə də müzakirə olunub. Problemin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqların hazırkı vəziyyəti təhlil edilib. Diplomatlar son günlər cəbhə xəttində atəşkəsin pozulmasından narahatlığını ifadə ediblər. Bu arada Müdafiə Nazirliyinin məlumatına görə, ermənilər cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 38 dəfə pozublar.
Müdafiə Nazirliyinin məlumatında həmçinin qeyd olunur ki, son günlər cəbhədəki döyüşlərdə Azərbaycanın iki hərbçisi şəhid olub, ermənilərin itkisi isə onlarladır. Ermənistan rəhbərliyi Azərbaycan ordusunun güclü olduğunu və müharibə başlayarsa məğlub olacağını çox gözəl anlayır. Rəsmi İrəvan orduda baş verən itkiləri ictimayyətdən gizlədir. Yalan və təxribat dolu informasiyalarla hökumətin yürütdüyü siyasətdən təngə gələn erməni ictimayyətini daha da qəzəbləndirmək və qorxutmaq istəmirlər. Ölkənin təhlükəsizliyini təmin edə bilməyən hökumət hər bir variantdan maksimum istifadə edir. Bunun üçün isə Rusiya ən gözəl vasitədir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Akademiyasının ermənistanda yaradılması da bu qəbildəndir.
Yeri gəlmişkən, artıq ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycandadılar. Prezident və xarici işlər naziri ilə görüşdükdən sonra vasitəçilər Ermənistana səfər edəcəklər.
Allahverdi Nadiroğlu

13:00 / 03.02.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 21
Bu gün: 7432
Bu ay: 36370
Ümumi: 17256823
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın