/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dağlıq Qarabağ

Rəsmi Bakıdan konkret mövqe

Şriftin ölçüsü:  11px13px15px17px

Azərbaycan Davos İqtisadi Forumunda konkret mövqe ortaya qoyub. Dünyanın iqtisadi elitasına bəyan olunub ki, rəsmi Bakının Avropa İttifaqı və ya Gömrük İttifaqı kimi seçimi yoxdur. Siyasi müşahidəçilər hesab edirlər ki, prezident İlham Əliyevin Davos Forumundakı çıxışı Azərbaycanın düzgün strateji xətt üzrə inikşaf etdiyini göstərir.
Davos İqtisadi Forumunda iştirak edən prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan Avropa İttifaqı ilə bir çox istiqamətlərdə uzunmüddətli və kifayət qədər səmərəli əməkdaşlığa malikdir. Rəsmi Bakı bu əməkdaşlığın istər energetika, iqtisadiyyat, istərsə də nəqliyyat sahələrindəki təzahüründən məmnundur. Azərbaycanın Avropa İttifaqı ilə assosiasiya sazişi nəzərdə tutulmayıb. Burada söhbət yalnız strateji tərəfdaşlıq variantının müzakirəsindən gedə bilər. «Gömrük İttifaqına üzv ölkələrlə də sıx əməkdaşlıq edən Azərbaycanın qarşısında heç vaxt hansısa seçim və ya alternativlə bağlı sual olmayıb», - dövlət başçısı belə deyib. Siyasi müşahidəçilər hesab edirlər ki, prezdent İlham Əliyevin Davos İqtisadi Forumunda belə bir bəyanatla çıxış etməsi Azərbaycanın mövqeyinin konkretliyindən xəbər verir.
Avropa İttifaqı ilə Gömrük İttifaqının Azərbaycanın üzvlük məsələsinə həssas yanaşması müxtəlif səbəblərlə izah olunur. Burada başlıca amil dinamik inkişaf tempi ilə bağlıdır. Hər iki birlik iqtisadi inkişafa malik olan ölkələri öz tərkibində birləşdirməklə regiona təsir imkanlarını genişləndirmək və öz maraqlarını təmin etmək istəyir. Azərbaycan istər Avropa, istərsə də MDB məkanında ən vacib və etibarlı tərəfdaş kimi qəbul olunur. Amma rəsmi Bakı üçün istənilən məsələdə milli və iqtisadi maraqlar daha önəmlidir.
Gömrük İttifaqı ilə münasibətlərə gəlincə, siyasətşünas Rasim Musabəyov deyir ki, Azərbaycanın üzvlüyünə mane olan əsas səbəblərdən biri Ermənistandır. Heç bir qüvvə Azərbaycanı işğlaçı ölkə ilə eyni birlikdə əməkdaşlığa məcbur edə bilməz. Avropa İttifaqının da indiyədək Dağlıq Qarabağ münaqişəsilə bağlı həlledici mövqe nümayiş etdirməməsini nəzərə alsaq, aydın olur ki, bu qurumlara üzvlük iqtisadi və siyasi perspektivlər vəd etmir.

16:00 / 24.01.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 28
Bu gün: 15978
Bu ay: 60001
Ümumi: 17280454
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın