/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dağlıq Qarabağ

E. Məmmədyarov: «Rəsmi Bakının mövqeyi beynəlxalq təşkilatların qətnamə və sənədlərinə əsaslanır»

Şriftin ölçüsü:  11px13px15px17px

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə bağlı rəsmi Bakının mövqeyi beynəlxalq təşkilatların qətnamə və sənədlərinə əsaslanır. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İtaliyanın aparıcı kütləvi informasiya vasitələrinə müsahibəsində belə deyib. Nazir bəyan edib ki, qonşu dövlətlər arasında sivil münaisbətlərin yaradılmasının yeganə yolu Azərbaycan ərazilərinin işğaldan azad olunmasıdır.
İtaliyanın aparıcı kütləvi informasiya vasitələri olan «Qlobalist», «Taym Nyus», «La Ştampa», «İnternazionale», «AGİ», «Unita», «Nyu siti 24»-nin suallarını cavablandıran Elmar Məmmədyarov müxtəlif məsələlərə toxunub. Diqqəti xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldən nazir bildirib ki, münaqişə ilə bağlı rəsmi Bakının mövqeyi aydındır. Fundamental prinsiplərə, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Helsinki yekun aktının rəhbər prinsipləri və digər beynəlxalq təşkilatların qətnamə və sənədlərinə əsaslanır. «Davamlı həllə nail olmağın və qonşu dövlətlər arasında sivil münasibətlərin yaradılmasının yeganə yolu Azərbaycan ərazilərinin işğaldan azad olunması, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpa edilməsidir. Öz doğma yurd-yuvalarına qayıtmaları üçün bir milyondan artıq qaçqın və məcburi köçkünün ayrılmaz hüquqları təmin edilməlidir». Elmar Məmmədyarov belə deyib. Bildirib ki, regionda sülh, təhlükəsizlik və davamlı inkişafa ən böyük hədə Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın hərbi qüvvələrinin mövcudluğudur. «Ermənistanın işğalının nəticələrinin aradan qaldırılması ilə etimad quruculuğu tədbirlərinin başlanması və münaqişənin sülh yolu ilə həlli konstruktiv yanaşmanın nümayiş etdirilməsinə zəmin yarada bilər. İnarırıq ki, qonşu dövlətə münasibətdə ilhaqçı siyasətdən imtina edilməsi regiondakı təhlükəsizlik qavrayışlarını dəyişəcək və sülh danışıqdarı prosesinə müsbət təsir göstərəcək». Nazir sülhün gücləndirilməsi naminə Azərbaycanın daha da əzmli şəkildə sivilizasiyalarırası dialoq tşəbbüslərinə töhfə vermək səylərini davam etdirəcəyini vurğulayıb. Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı fəaliyyətinə də toxunan Elmar Məmmədyarov bildirib ki, vaxtilə təhlükəsizlik və yardımların istehlakçısı olan Azərbaycan bu gün beynəlxalq sülh və təhlükəsizliyə əsaslı töhfələr verir. Qurumda təmsil olunduğu müddətdə Azərbaycan ədalətli mövqe nümayiş etdirib. Azərbaycanın Avropa İttifaqının yeni qonşuluq və «Şərq Tərəfdaşlığı» proqramlarında fəal şəkildə iştirakından da danışan Elmar Məmmədyarov bildirib ki, ölkəmiz «Şərq tərəfdaşlığı» proqramı çərçivəsində ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığı davam etdirmək niyyətindədir.

16:00 / 14.01.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 23
Bu gün: 15415
Bu ay: 59438
Ümumi: 17279891
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın