/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dağlıq Qarabağ

Nazirlər Parisdə görüşəcək

Şriftin ölçüsü:  11px13px15px17px

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü Cenevrədə deyil, Parisdə baş tutacaq. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan belə deyib. Bildirib ki, nazirlərin görüşü yanvarın ikinci yarısına planlaşdırılır və görüşdə həmsədrlərin iştirakı da nəzərdə tutulur. Bundan əvvəl isə ATƏT-in yeni sədrilə vasitəçilər arasında görüş planlaşdırılır.
Nazirlər arasında danışıqların formatını müzakirə etmək üçün ATƏT-in Minsk qrupunun həmsədrləri və İsveçrə xarici işlər naziri Didye Bukhalter arasında görüş yaxın günlərdə Cenevrədə keçiriləcək. Məlumatda həmçinin qeyd olunur ki, iki ölkənin prezidentləri - İlham Əliyev və Serj Sarqsyan arasında görüş isə danışıqların nəticəsindən asılı olaraq fevral ayından tez baş tutmayacaq.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması Birləşmiş Millətlər Təşkilatını da ciddi narahat edir. Qurumun Bakıdakı rezident - əlaqələndiricisi, səfir Antonius Brukko deyir ki, münaqişənin həllilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin icrası vacibdir. Birləşmiş Millətlər Təşkilatı Cənubi Qafqazda tezliklə sülhün bərqərar olunmasını istəyir.
Səfir Antonius Brukko deyir ki, BMT regionda sülhün bərqərar olması istiqamətində səylə çalışır və Azərbaycanın BMT Təhlükəiszlik Şurasının qeyri-daimi üzvü və sədri olduğu müddətdə də münaqişə humanitar konteksdə diqqətdə saxlanıb.
Bu arada, ATƏT-in yeni sədri, İsveçrənin xarici işlər naziri Didye Bukhalter bəyan edib ki, quruma sədrliyi dövründə münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli əsas prioritet olacaq. Yeni sədr həmsədrlərlə, yaxın vaxtlarda Azərbaycan və Ermənistan prezidentlərinin təkrar görüşünün təşkilini müzakirə edəcəyini bildirib. Vasitəçilərsə bildiriblər ki, prezidentlərin görüşü danışıqlar gündəliyinin hazır olmasından asılıdır.

19:00 / 08.01.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 23
Bu gün: 14902
Bu ay: 58925
Ümumi: 17279378
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın