/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dağlıq Qarabağ

Separatçı rejim danışıqlara qoşulmağa cəhd edir

Şriftin ölçüsü:  11px13px15px17px

Separatçı Dağlıq Qarabağ rejimi üçüncü tərəf kimi danışıqlar prosesinə qoşulmağa can atır. Qondarma qurumun sabiq rəhbəri güman edir ki, yalnız bu halda münaqişənin həllində irəliləyiş ola bilər. Rəsmi Bakı isə bəyan edir ki, münaqişənin həlli işğalçı ermənistanın destruktiv mövqedən əl çəkməsindən asılıdır. Separatçı Dağlıq Qarabağ rejiminin sabiq rəhbəri Arkadi Qukasyan bildirib ki, həmsədr ölkələr 2014-cü ildə münaqişənin həllində irəliləyiş əldə etmək istəyirlərsə, qondarma qurumun danışıqlar prosesinə cəlb edilməsinə razılıq verməlidirlər. Onun təsəvvürünə görə, münaqişənin rəsmi həlli 2 ölkə və xalqlar arasında düşmənçiliyin sona çatması demək deyil. «Əsas məsələ rəsmi həll prosesindən sonra xalqların bir yerdə yaşamasıdır. Və bunun üçün Dağlıq Qarabağ da üçüncü tərəf kimi danışıqlar posesinə cəlb edilməli, Azərbaycan tərəfilə müzakirələr aparmalıdır», - Qukasyan belə hesab edir. Siyasi müşahidəçilərin fikrincə, erməni siyasətçilərin belə bəyanatlar səsləndirməsi İrəvanın münaqişənin həllinə can atması anlamına gəlməməlidir. Əslində separatçı qurumun danışıqlar masasında oturması ilə işğalçı ölkə qonadrma rejimi qəbul etdirməyə çalışır. Rəsmi Bakı Qukasyanın açıqlamasını «növbəti təxribat» adlandırıb. Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib ki, Azərbaycan Dağlıq Qarabağla yalnız icmalar səviyyəsində danışıqlar aparmağa razılıq verib. Bu mövqe həmsədr ölkələr tərəfindən dəstəklənir. Siyasi ekspertlər hesab edirlər ki, işğalçı ölkənin icmalararası görüşdən yayınması siyasi spekulyasiyadır və qondarma qurumun səlahiyyətlərinin artırılmasına nail olmaq niyyəti güdür. Bu arada xarici işlər nazirlərinin yanvarın ortalarına nəzərdə tutulan görüşünə ümidlər artır. Siyasi müşahidəçilər hesab edirlər ki, nazirlərin görüşündən sonra 2014-cü ildə münaqişənin həlli ilə bağlı proqnoz vermək mümkün olacaq. Xatırladaq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 2014-cü ildə ilk görüşünün yanvarın 16-da keçirilməsi planlaşdırılır.

19:00 / 06.01.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 15597
Bu ay: 59620
Ümumi: 17280073
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın