/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dağlıq Qarabağ

Bu il Dağlıq Qarabağ münaqişəsinin həllində dönüş ili ola bilər

Şriftin ölçüsü:  11px13px15px17px

2014-cü il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində dönüş ili ola bilər. ATƏT-in yeni sədri İsveçrədə bəyan edib ki, quruma sədrliyi dövründə dondurlumuş münaqilələrin həlli istiqamətində səyləri artıracaq. Politoloqlar isə hesab edir ki, Cənubi Qafqazda sülh və sabitliyin təminatı üçün münaqişə tərəfləri arasında dialoqun intensivləşməsi vacibdir. 2013-cü ilin pozitiv notlarla yekunlaşması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə bağlı bir qədər nikbin proqnozlar verməyə imkan yaradır. Siyasi müşahidəçilər hesab edir ki, ötən ilin noyabrında Azərbaycan və Ermənistan prezidentlərinin 2 illik fasilədən sonra görüşməsi ciddi siyasi addım idi və dialoq intensivləşsə, tərəflər arasında ilkin sənəd imzalana bilər. Rusiyalı siyasətşünas Aleksey Vlasovun qənaətincə, bu məsələdə vasitəçilərlə yanaşı, münaqişə tərəfləri özləri də fəallıq göstərməlidir. Hər ilin əvvəlində səslənən və artıq ənənəyə çevrilən nikbin proqnozların özünü doğruldub-doğrultmayacağı haqda isə xarici işlər nazirlərinin gələn həftəyə planlaşdırılan görüşündən sonra danışqmaq mümkündür. Siyasi müşahidəçilər hesab edir ki, nazirlərin dialoqundan sonra dövlət başçıları arasında növbəti görüşü baş tutsa, həll prosesində müəyyən dinamika yarana bilər. Politoloqun qənaətincə, birinci şəxslər səviyyəsində danışıqlar həllini tapmayan problemləri tənzimləməyə kömək edəcək. Bu il münaqişə ilə bağlı pozitiv proqnozlar verməyə zəmin yaradan səbəblərdən biri də İsverçrənin mövqeyidir. Belə ki, bu ildən ATƏT-ə sədrlik İsveçrəyə keçir və rəsmi Bern təşkilata sədrliyi dövründə dondurulmuş münaqişələrin çözülməsi istiqamətində bütün səyləri nəzərdən keçirəcəyini bəyan edib. «Cari ildə təşkitlatın coğrafi prioritetləri Cənubi Qafqaz və Qərbi Balkan regionları olacaq». İsveçrə Konfedersiyasının xarici işlər naziri Didye Burkhalter belə deyib. Nazir İsveçrəinin sədrlik dövrü üçün prioritetlərini yanvarın 16-da ATƏT-in Daimi Şurasının iclasında üzv dövlətlərin təmsilçiərinə təqdim edəcək.

19:00 / 02.01.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 28
Bu gün: 15273
Bu ay: 59296
Ümumi: 17279749
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın