/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dağlıq Qarabağ

Popov: «Müəyyən mərhələdən sonra DQ danışıqlar prosesinə qayıtmalıdır»

Şriftin ölçüsü:  11px13px15px17px

«Müəyyən mərhələdən sonra Dağlıq Qarabağ danışıqlar prosesinə qayıtmalıdır». Belə bəyanatla Xankəndidə səfərdə olan ATƏT - in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov çıxış edib.
İqor Popovun sözlərinə görə, həmsədrlərin Xankəndinə mütəmadi səfərləri, qondarma respublikanın lideri Bako Saakyanla münaqişənin həlli ilə bağlı son vəziyyəti müzakirə etməsi Qarabağın cari prosesə qoşulması istiqamətində atılan addımlardan biridir. «Biz düşünürük ki, müəyyən mərhələdə Qarabağ danışıqlar prosesinə qayıtmalıdır. Çünki hər halda söhbət orada yaşayan insanların taleyindən gedir. Bizcə, münaqaşinin tənzimlənməsinə dair əsas prinsiplər bəlli olduqdan sonra, Dağlıq Qarabağın tərəf kimi daqışıqlar masasına qayıtması mümkün ola bilər» - Popov belə deyib. Azərbaycanlı prlitoloqlar da Azərbaycan tərəfinin Dağlıq Qarabağla danışıqlar apara biləcəyini istisna etmirlər. Lakin bu, Ermənistan qoşunları Dağlıq Qarabağı tərk etdikdən sonra mümkün ola bilər.
Xankəndində olan amerikalı həmsədr Ceyms Uorlik isə Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə qoşulmasının mümkünlüyü ilə bağlı Azərbaycanda verdiyi bəyanata aydınlıq gətirib. O, rəsmi Ankaranın adından danışa bilməyəcəyini deyib. «Mən ümid edirəm ki, Türkiyənin prosesə müsbət təsir göstərmək istəyi yalnız sülh və təhlükəsizlik naminə atılacaq addım ola bilər.

19:00 / 18.12.2013
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 27
Bu gün: 7132
Bu ay: 36070
Ümumi: 17256523
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın