/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dağlıq Qarabağ

Ermənilərin ümidi münaqişənin tezliklə həll edilməsinədir

Şriftin ölçüsü:  11px13px15px17px

Azərbaycanın işğal altındakı ərazilərində zorla məskunlaşdırılan ermənilər də münaqişənin tezliklə həllini tələb edir. Aclıq və səfalətə tab gətirə bilməyən ermənilər bu əraziləri kütləvi şəkildə tərk etməyə başlayıb. Separatçılar özləri də etiraf edir ki, digər işğal zonalarında olduğu kimi, Laçında da vəziyyət kiritik həddə çatıb. Laçının Təzəkənd kəndindəki həyat şəraitindən bəhs edən video materialda qeyd olunur ki, burada orta məktəb belə yoxdur. Ermənilər isə yoxsulluq səbəbindən öz uşaqlarını təhsil almaq üçün digər kəndlərə göndərə bilmirlər.
Kadrlardan da görünür ki, kəndin flora və faunası tamamilə məhv olub. Sosial durum çətinləşib. Müharibə zamanı qismən zədələnmiş, azərbaycanlılara məxsus evlərdə məskunlaşan ermənilər hətta kənddə içməli suyun belə olmadığını bildirirlər. Bu dözülməz vəziyyət artıq illərdir müşahidə olunur. Ümumilikdə müharibədən sonra Laçın rayonunda 2 minə yaxın erməni məskunlaşıb. Son 5 ildə isə bu rəqəm 2 dəfə azalıb. Separatçı rejim çıxış yolunu lobbidən toplanan ianələrdə görsə də, son bir neçə ildə bu istqamətdə də gəlirlər xeyli azalıb. Ermənistan hakimiyyəti son bir neçə ildə işğalolunmuş ərazilərə ümumiyətlə diqqət ayırmır. Yerli əhali Sarqsyan hakimiyyətindən bundan sonra da yardım gözləmək niyyətində deyil. Ac və yoxsul ermənilərin ümidi isə yalnız münaqişənin tezliklə həll edilməsinədir.

09:00 / 11.12.2013
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 23
Bu gün: 14300
Bu ay: 58323
Ümumi: 17278776
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın