
«Dağlıq Qarabağ münaqişəsi istənilən yolla həll edilməlidir. Bu baxımdan prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında səsləndirdiyi bəyanat xüsusi mesaj kimi dəyərləndirilməlidir». Siyasi ekspert Mübariz Əhmədoğlu keçirdiyi mətubat konfransında belə deyib. Bildirib ki, son vaxtlar münaqişənin tənzimlənməsi ilə bağlı həmsədr ölkələr arasında fikir ayrılığı müşahidə olunur. Moskvanın mövqeyi snayperlərin geri çəkilməsini israrla tələb edən Qərbdən daha ədalətlidir.
19:00 / 18.04.2012