
Azərbaycan və Ermənistan Dağlıq Qarabag münaqişəsinin nizamlanmasına dair razılaşmanın əldə olunmasına yəqin ki, düşündüklərindən daha yaxındır. ATƏT-in Minsk qrupunun amerikali həmsədri Robert Bradtke bele deyib. Onun sözlərinə görə, Minsk qrupu münaqişənin nizamlanmasının əsas prinsiplərinin razılaşdırılmasına daha da yaxınlaşmaq üçün tərəflərə kömək göstərib, lakin onların bir-birinə inamsızlığı və əməkdaşlıgın olmaması irəliləyişə əngəl törədir. Qeyd edek ki, martın 24-də Minsk qrupunun yaranmasının 20 ili tamam olur.
13:00 / 21.03.2012