/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dağlıq Qarabağ

M. Əhmədoğlu: «Minsk qrupu münaqişə tərəflərini müharibəyə yaxınlaşdırır»

Şriftin ölçüsü:  11px13px15px17px

ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi elə bir vəziyyətə gətirib çıxarıb ki, bu gün münaqişə tərəfləri sülhdən çox müharibəyə yaxındırlar. Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu «Qarabağ saatı» mövzusunda keçirdiyi mətbuat konrfansında belə deyib. Bildirib ki, münaqişənin həllində müəyyən irəliləyişə nail olmaq üçün Minsk qrupunun tərkibində və nizamnaməsində ciddi dəyişiklik edilməlidir. ATƏT-in Minsk qrupunun həmsədlərinin regiona son səfəri zamanı bir daha məlum oldu ki, vasitəçilər son 20 ildə münaqişə tərəflərini sülhə yox, müharibə hazırlayıblar. Siyasi İnnovasiya və Texnoloigyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlunun sözlərinə görə, ATƏT-in fəaliyyətinin 20 illiyinə həsr olunan toplantıda Azərbaycan tərəfi mütləq bu qurumun tərkibinin və nizamnaməsinin dəyişdirilməsi məsələsini qaldırmalıdır. Münaqişənin həllinin uzanması müharibənin başlamasını reallaşdırır. Bunu Ermənistanın üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja da Ermənistana səfəri zamanı açıq şəkildə bəyan edib. Mübariz Əhmədoğlunun proqnozlarına görə, müharibənin başlaması Ermənistanın zərərinə olacaq. Çünki münaqişənin regionunun məhdudlaşmasının tərəfdarı olan Rusiya müharibənin qısa vaxtda başa çatması üçün mütləq Azərbaycana dəstək verməlidir. Kremlin Dağlıq Qarabağla bağlı siyasətinə də toxunan siyasətşünasın qənaətincə, Rusiyada keçirilən prezident seçikləri münaqişəsinin həllinə birbaşa təsir edən məsələlərdəndir. Belə ki, Rusiyada mövcud hakimiyyət dəyişikliyi işğalçı Ermənistan üçün narahatlıq yaradıb. İrəvanda anlayırlar ki, Medvedevlə müqayisədə Putinlə dil tapmaq daha çətindir. Putinin Dağlıq Qarabağ münaqişəsilə bağlı siyasəti isə onun MDB konsepsiyası dəqiqləşdikdən sonra aydınlaşacaq. Mübariz Əhmədoğlu bu qənaətdədir.

16:00 / 16.03.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 25
Bu gün: 5976
Bu ay: 134598
Ümumi: 14268959
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın