/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dağlıq Qarabağ

İcmalararası görüş Minsk qrupunun vasitəçiliyi ilə baş tuta bilər

Şriftin ölçüsü:  11px13px15px17px

Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə baş tuta bilər. Dağlıq Qarabağın Azərbaycanlı İcmasının üzvü Fərhad Bədəlbəyli «Lider» televiziyasına müsahibəsində belə deyib. Bildirib ki, vasitəçilərin regiona son səfəri zamanı xalq diplomatiyasının vacibliyi icma üzvləri ilə görüşdə də diqqət mərkəzində olub. Dağlıq Qarabağın erməni icmasının icmalarası görüşdən yayınmasının başlıca səbəbkarı separatçı Dağlıq Qarabağ rejimidir. Qondarma qurum xalqların bir-birinə yaxınlaşmasını istəmir. Bu məsələ ATƏT-in Minsk qrupunu da narahat edir. Vasitəçilərin regiona son səfəri zamanı Dağlıq Qarabağın Azərbaycanlı İcması bu məsələni gündəmə gətirib. Rusiyada xalq diplomatiyasının münaqişənin həllinə təsir göstərə biləcəyini düşünürlər. Ötən ay Moskvada ermənilərin də iştirak etdiyi «Millətlərarası dialoqun möhkəmləndirilməsində və münaqişələrin nizamlanmasında cəmiyyətin və mədəni əməkdaşlığın rolu» adlı dəyirmi masada Rusiya tərəfi belə təmasların təşkilatçısı olmağa hazır olduğunu bəyan edib. Amma cəmiyyətdə xalq diplomatiyasına münasibət birmənalı deyil. Fərhad Bədəlbəylinin fikrincə, Azərbaycan ictimaiyyətinin bu prosesi normal qarşılaması çox vacibdir. Xatırladaq ki, 2007-ci və 2009-cu ildə Azərbaycan və Ermənistanın Moskvadakı səfirlərinin təşəbbüsü ilə Azərbaycan və erməni ziyalılarının qarşılıqlı səfəri baş tutmuşdu. 2011-ci ilin noyabrında isə Berlində icmaların görüşü nəzərdə tutulsa da, erməni tərəfi həmin görüşə qatılmamışdı. Nəhayət, icmalar bu il fevralın 22-də Moskvada bir araya gələ bildi.

13:00 / 13.03.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 19
Bu gün: 9273
Bu ay: 260736
Ümumi: 14395097
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın