/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Nyu-Yorkda terror aktı qeydə alınıb

Şriftin ölçüsü:  11px13px15px17px

Nyu-Yorkda terror aktı qeydə alınıb. Sürücünün yük maşınını piyadaların üzərinə sürməsi nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb, 12-dən çox yaralının olduğu bildirilir. Hadisəni törədən şəxsin kimliyi də məlum olub.
Yük maşını idarə edən şəxs avtomobili velosiped yoluna çıxararaq velosipedçilərin üzərinə sürüb, daha sonra məktəb avtobusu ilə toqquşub. Avtomobildən düşən sürücünü polislər atəş açaraq yaralayıblar. Onun əlində peyntbol tapançası olduğu bildirilib. Meqapolisin meri Bill De Blazio deyib ki, Cani Yük maşınını bir saatlığa icarəyə götürüb. Şübhəli şəxs saxlanılıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, o hücumu tək təşkil edib. Hakimiyyət dairələri hadisəni törədən şəxsin qəsdən bu əmələ əl atdığını hesab edirlər və bunu terror aktı adlandırıblar.
Terror aktı törətməkdə şübhəli bilinən şəxsin kimliyi isə artıq bəlli olub. Həmin şəxsin Florida ştatının sakini Sayfullo Saipov olduğu bildirilir. Saxlanılan 29 yaşlı şəxsin son illər Nyu-Yorkun yaxınlığındakı Nyu-Cersi ştatında Tampa şəhərində yaşadığı qeyd olunur. Məlumata görə, Sayfullo Saipov Özbəkistan vətəndaşıdır. Onun müddəti keçmiş qrin kartı olub. İstintaq federal tədqiqatlar bürosu tərəfindən aparılır.

09:00 / 01.11.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 7
Bu gün: 3427
Bu ay: 298528
Ümumi: 7853627
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın