/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Fövqəladə vəziyyət rejimi tətbiq edilib

Şriftin ölçüsü:  11px13px15px17px

ABŞ-da Las-Veqas şəhərinin yerləşdiyi Klark dairəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib. Hadisəni törədən şəxsin terrorçu olmadığı deyilsə də İŞİD terror qruplaşması həmin şəxsin İslam dinini qəbul etdiyini və qruplaşmaya üzv olduğunu bildirib. ABŞ-ın Las-Veqas şəhərində musiqi festivalının iştirakçılarının atəşə tutulması nəticəsində ölənlərin sayı 59 nəfərə çatıb. Bunu Las-Veqasın şerifi Cosef Lombardo keçirdiyi mətbuat konfransında bəyan edib.
ABŞ-ın Las-Veqas şəhərində musiqi festivalının iştirakçılarını atəşə tutan Stiven Peddokun terror qruplaşmaları ilə əlaqəsi olmayıb. Bunu federal təhqiqatlar bürosunun las-veqas üzrə nümayəndəsi aaron rauz bəyan edib. “Hazırda Stiven Paddokun terror qruplaşmaları ilə əlaqəli olduğu təsdiqini tapmayıb. Araşdırma davam edir”, deyə A.Rauz bildirib. Digər tərəfdən İŞİD terror təşkilatı hadisənin məsuliyyətini üzərinə götürüb. Terror qruplaşması bəyan edib ki, hadisəni törədən şəxs bir neçə ay öncə İslamı qəbul edib.
Həmçinin məlum olub ki, Las-Veqasda qətliam törədən Stiven Paddokun evində 18 ədəd odlu silah, partladıcı maddə və patronlar olub. Bunu Las-Veqasın şerifi Cosef Lombardo keçirdiyi mətbuat konfransında bəyan edib. Onun sözlərinə görə, həmçinin cinayətkarın avtomobilindən ammonium-nitrat maddəsi tapılıb. Qeyd edək ki, ammonium-nitrat maddəsindən bomba hazırlanmasında istifadə olunur. Eyni zamanda məlum olub ki, Stiven Peddok multimilyonçu olub. Bunu onun qardaşı Erik Peddok deyib. Caninin qardaşı onun daşınmaz əmlaka pul yatırmaqla məvacib qazandığını bildirib.

11:00 / 03.10.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 7
Bu gün: 304
Bu ay: 243743
Ümumi: 7388293
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın