
Məşhur amerikalı aktyor Qarri Din Stenton vəfat edib. Bu barədə “Hollywood reporter” saytı məlumat yayıb. Aktyor 91 yaşında Los-Anceles xəstəxanasında dünyasını dəyişib. O, 100-dən çox filmdə, o cümlədən “Nyu-Yorkdan qaçış”, “Çəhrayı geyimli qız”, “Yaşıl mil” ekran əsərlərində rol alıb. Onun filmdə son rolu “Tvin piks” serialında Karl Rodda olub.
19:00 / 16.09.2017