/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Təbii fəlakət fəsadlara səbəb oldu

Şriftin ölçüsü:  11px13px15px17px

Gürcüstanda güclü külək paytaxt Tbilisi və Rustavi şəhərində ciddi fəsadlara səbəb olub. ”İrma" qasırğası ilə əlaqədar Virciniya adalarında fövqəladə vəziyyət elan edilib. Bu arada ABŞ - ın 5 sabiq prezidenti yardım fondu yaradıblar. Güclü külək nəticəsində Tbilisinin bəzi mərkəzi küçələrində bir neçə iri gövdəli ağac maşınların və elektrik xətlərinin üzərinə aşıb. Nəticədə maşınlara ciddi ziyan dəyib, elektrik enerjisinin verilişində fasilələr yaranıb. Güclü külək Rustavi şəhərində reklam lövhəsinin aşmasına səbəb olub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Küləyin yaratdığı fəsadlarla bağlı vətəndaşlardan Fövqəladə Halların İdarə Olunması Agentliyinə çoxlu sayda zəng daxil olub. Gürcüstanın ətraf mühit üzrə Milli Agentliyinin Hidrometeorologiya Mərkəzi küləyin sürətinin daha da güclənəcəyi və sentyabrın 8-dən etibarən tədricən azalacağını gözlənilir. Karib dənizində cərəyan edən "İrma" qasırğası nəticəsində Fransaya məxsus ərazilərdə ölənlərin sayı 10 nəfərə çatıb. Sen-Bartelemi və Sen-Marten adalarında təbii hadisə zamanı daha 23 nəfər xəsarət alıb. Qeyd olunur ki, Böyük Britaniyanın da dənizaşı ərazisi olan Angilya adasında azı bir nəfər qasırğanın qurbanı olub. Fövqəladə hallar üzrə karib agentliyinin məlumatında bildirilir ki, adadakı yolların 90 faizi keçilməz hala düşüb. Barbuda adasında isə 2 yaşlı körpə qasırğanın qurbanı olub.
ABŞ prezidenti Donald Tramp "İrma" qasırğası ilə əlaqədar Virciniya adalarında fövqəladə vəziyyət elan edib. "Bu gün prezident Donald Tramp Amerikanın Virciniya adalarında 2017-ci ilin 6 sentyabrında başlanmış və hazırda da davam edən "İrma" qasırğasına görə ərazinin bərpası üzrə səylərin qorunması üçün federal yardımın ayrılması haqqında fövqəladə vəziyyət elan etdi", - deyə agentliyə daxil olan xəbərdə bildirilir. "İrma" qasırğası beşinci - maksimal kateqoriyaya çatıb. Hazırki qasırğa son on ildə Atlantik okeanında cərayan edən ən güclü təbii fəlakət adlandırırlar.
ABŞ-ın beş keçmiş prezidenti "Harvi" və "İrma" qasırğalarından zərər çəkənlərə yardım üçün fond yaradıb. Xəbərdə bildirilir ki, onlar arasında Cimmi Karter, Ata Corc Buş, Bill Klinton, Corc Buş və Barak Obama var. Qeyd olunur ki, maliyyə vəsaitləri "oneamericaappeal.org" saytında, həmçinin ata Corc Buş tərəfindən açılmış prezident kitabxanasında xüsusi hesablar vasitəsilə toplanılacaq. Daha əvvəl bildirilib ki, Texasda "Harvi" qasırğası qurbanlarının sayı 60-a çatıb. Bundan əlavə, "İrma" qasırğasının zərər vurduğu insanların sayı 74 minə çatıb. Onların 20 min nəfəri uşaqlardır. Həmçinin 8 nəfər təbii hadisənin qurbanı olub.

11:00 / 08.09.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 12527
Bu ay: 342336
Ümumi: 10374869
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın