/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

ABŞ Rusiyaya vaxt qoydu

Şriftin ölçüsü:  11px13px15px17px

Rusiya və ABŞ arasında yeni siyasi qalmaqal yaşanır. Bu dəfəki təhrikedici addım ABŞ tərəfindən atılıb. Belə ki, ABŞ Rusıyanın konsulluq obyektlərını bağlamağı tələb edıb. ABŞ sentyabrın 2-dək Rusiyanın San Fransiskodakı baş konsulluğunu, Vaşinqton və Nyu York şəhərlərindəki konsulluq obyektlərini bağlamağı tələb edib. Bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Nauert məlumat verib. Rusiyanın San Fransiskodakı konsulluğunun, Nyu York və Vaşinqtondakı konsulluq qurumlarının bağlanılması - həyasızlıqdır və Rusiya buna, eyni tərzdə olmasa da, cavab verməlidir. Bu barədə Federasiya Şurasının beynəlxalq işlər üzrə komitə sədrinin müavini Andrey Klimov bildirib. ABŞ bu addımlarına Kremlin sözçüsü Dmitriy Peskov da münasibət bildirib. O, ABŞ-la münasibətlərin yaxşı olmağını arzuladıqlarını və bunun bölgədə əmin-amanlıq və qlobal böhranların həlli üçün vacib olduğunu vurğulayıb. Peskov bildirib ki, rəsmi Moskva heç vaxt ikitərəfli münasibətlərdə problemi ilk yaradan tərəf olmayıb. Kremilin sözçüsü deyib ki, ABŞ-ın atdığı addımdan təəssüflənir və bu cavabsız qalmayacaq. Bu hadisələrin fonunda ABŞ dövlət katibi Reks Tillerson və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub. Bu barədə jurnalistlərə ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi bildirib. Məlumata görə, tərəflər Vaşinqton-Moskva əlaqələrinin yaxşılaşdırılması yollarının tapılmasına dair razılığa gəliblər.

11:00 / 01.09.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 24
Bu gün: 17869
Bu ay: 460208
Ümumi: 11986976
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın