/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

İrəvanın mərkəzində kütləvi etirazlar başlayıb

Şriftin ölçüsü:  11px13px15px17px

İrəvanın mərkəzində insanlar Sarkisyan hökumətinə qarşı kütləvi etiraz edirlər. Səbəb kasıb erməni sakinlərin bir tikə çörək qazanmaq üçün işlədikləri açıq pavilyonlar və mağazaların sökülməsidir. İllərdir heç bir problem yaşanmadığı halda, İrəvan şəhər meriyası gözlənilmədən buradakı obyektləri sökməyə başlayıb. Bəhanə kimi isə guya bu ərazinin xüsusi təyinatlı olmasını gətirirlər. Lakin İrəvandakı hökumət rəsmiləri nəinki yol ətrafı obyektlərin işçilərini, həmçinin bura yaxın yerləşən yaşayış məskənlərinin sakinlərini də qovmağa başlayıb. Özü də heç bir rəsmi sənəd göstərmədən və təzminat ödəmədən, amma irimiqyaslı etirazlardan sonra hökumət sakinlərə kvadratmetr üçün cəmi 250-300 dollar ödəməyi söz verib ki, erməni sakinlər bunun heç köhnə daxma almağa da yetmədiyini deyirlər. Buna baxmayaraq, təzminat hələ də ödənməyib. Ermənistan hökumətinin bu qanunsuz davranışına etiraz edən müxalifət hətta yaşayış yerlərinin rəsmi şəkildə sanksiyalaşdırılmış sökülməsini Ermənistan dövlətinin reydli işğalı adlandırır. Ermənistandakı vətəndaş cəmiyyəti isə İrəvanın mərkəzi küçəsindəki evlərin və obyektlərin Serj Sarkisyanın yaxın ətrafına, yəni qardaşlarına məxsus olduğunu bildirib. Məhz həmin ərazidə böyük biznes planlarını həyata keçirmək üçün onlar meydanın qanunsuz boşaldılmasına əmr veriblər.

13:00 / 20.07.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 14
Bu gün: 14203
Bu ay: 290333
Ümumi: 11272794
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın