/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Bu gün Nelson Mandela günüdür

Şriftin ölçüsü:  11px13px15px17px

Bu gün Beynəlxalq Nelson Mandela günüdür. Bu tarix Cənubi Afrika Respublikasının keçmiş prezidenti Nelson Mandelanın sülh və azadlığa töhfələrinin tanınması əlaməti olaraq, 2009-cu ildə BMT-nin Baş Assambleyasının 64/13-cü qətnaməsinə əsasən təyin olunub. Bu gün Nelson Mandelanın 99 yaşı olur. İrqi ayrı-seçkiliyə qarşı mübarizənin simvoluna çevrilmiş Nelson Mandela Afrikanın ən məşhur insan haqları müdafiəçisi, siyasi məhbus, beynəlxalq miqyaslı sülhməramlı və Cənubi Afrika Respublikasının ilk prezidenti kimi ömrünün 67 ilini sülh və humanizm işinə sərf edib. Məhz bununla əlaqədar bu il beynəlxalq Nelson Mandela günü “Başqalarına kömək etmək üçün 67 dəqiqə ayırın" şüarı altında keçirilir. Dünyanın bir çox ölkələrində bu gün 67 dəqiqə xeyriyyə ilə məşğul olmaq aksiyaları keçirilir. Nelson Mandelanın ağdərili hökumətdən qaradərililər üçün də bərabərlik tələb etməsi bütün dünyanın diqqətini Cənubi Afrika Respublikasında 1994-cü ilədək leqal olan aparteid rejiminə yönəltdi. 1956-cı ildə Mandela bir sıra siyasi fəallarla birlikdə dövlətə xəyanətdə ittiham olundu, ona qarşı məhkəmə işi 5 il davam etsə də, sonda bəraət aldı. 1962-ci ildə Mərakeş və Efiopiyada hərbi təlim keçdikdən sonra vətənə qayıtdıqda ölkədən icazəsiz çıxdığına və nümayiş çağırışlarına görə ittiham olunaraq həbs olundu. 1964-cü ildə baş tutan məhkəmədə Nelson Mandela hökuməti devirməyə cəhd etməkdə təqsirli bilinərək ömürlük həbs cəzası aldıqda məhkəmə zalında son sözləri bu oldu: “Mən ağların üstünlüyünə qarşı mübarizə apardığım kimi, qaraların üstünlüyünə qarşı da mübarizə apardım. Mən demokratiya və bütün insanların harmoniya içərisində yaşadığı və bərabər hüquqlara malik olduğu azad cəmiyyət idealını yaratmışam. Bundan sonra uğrunda yaşayacağım idealım da budur. Lazım gəlsə, uğrunda öləcəyim idealım da budur". 1990-cı ilin 11 fevralında aparteidə qarşı mübariz alqışlar sədası altında azadlığa çıxdı. Mandela həbsxanadan çıxandan 4 il sonra Cənubi Afrika Respublikasında müxtəlif irqlərə mənsub namizədlərin mübarizə apardığı ilk prezident seçkilərində ölkənin ilk qaradərili dövlət başçısı seçildi. Prezidentlikdən getdikdən sonra da, Mandela ölkəsində ideal dövlət başçısı hesab edilirdi. Mandela son illərdə ağciyər infeksiyası səbəbindən səhhətində problemlər yaşayırdı. İctimaiyyət qarşısına nadir hallarda çıxsa da, onun öz xalqının və bütün dünyanın ürəyində həmişə xüsusi yeri var idi. Sonuncu dəfə ictimaiyyət qarşısına çıxan Nelson Mandela “Özünü 15 yaşlı oğlan kimi hiss etdiyini” demişdi. 2013-cü ilin dekabr ayında Mandela 95 yaşında dünyaya gözlərini əbədi yumdu.

13:00 / 18.07.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 20
Bu gün: 14858
Bu ay: 311514
Ümumi: 10344047
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın