/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Prezident İlham Əliyev Türkiyədə səfərdədir

Şriftin ölçüsü:  11px13px15px17px

Prezident İlham Əliyev İstanbulda keçirilən 22-ci dünya neft konqresində iştirak etmək üçün Türkiyədə səfərdədir. Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasında görüş olub. Görüşdə Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi vurğulanıb, Siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin yüksək səviyyədə olduğu bildirilib. Söhbət zamanı ölkələrimiz arasında energetika sahəsində strateji əhəmiyyətli layihələrin uğurla icra olunduğu qeyd edilib, xüsusilə, TANAP layihəsinin gələn il başa çatacağı məmnunluqla vurğulanıb. Prezidentlər iki ölkə arasında hərbi sahədə əməkdaşlığın daha da genişləndirilməsi və möhkəmləndirilməsi haqqında söhbət ediblər. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə olunub. Prezident İlham Əliyev son vaxtlar təmas xəttində Ermənistanın təxribatları və hərbi cinayətləri barədə Türkiyə Prezidentinə ətraflı məlumat verib. Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin həmişə olduğu kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları, Azərbaycanın ərazi bütövlüyü prinsipləri əsasında həllinə dəstək verdiyini vurğulayıb. Dövlət başçıları qeyd ediblər ki, Türkiyə və Azərbaycan bütün məsələlərlə bağlı bir-birinin yanındadırlar.

13:00 / 10.07.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 25
Bu gün: 15747
Bu ay: 95095
Ümumi: 17315548
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın