
İtaliyada nəqliyyat işçiləri ümumxalq tətili elan ediblər. Aksiya səbəbindən uzun tıxaclar yaranıb. Həmkarlar ittifaqı sərnişin daşıma sahəsinin özəlləşdirilməsi və liberallaşdırılması planına qarşı çıxırlar. Paytaxt Romada, həmçinin digər iri şəhərlərdə nəqliyyatın hərəkəti iflic olub. Tətil Alitalia aviaşirkətinin 160 beynəlxalq və daxili reyslərinin də təxirə salınmasına səbəb olub.
19:00 / 16.06.2017