/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

27 mərtəbəli bina külə döndü

Şriftin ölçüsü:  11px13px15px17px

Londonda 27 mərtəbəli bina yanıb. İlkin məlumata əsasən, azı 30 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə yerli xəstəxanalara yerləşdirilib. Sakinlərin təxliyyəsi zamanı 13 yaşlı qızın itkin düşdüyü bildirilir. Onun ailəsi sosial şəbəkədə elan yerləşdirib. Yerli vaxtla gecə saat 01:15 radələrində başlayan yanğın tez bir zamanda bütün binaya yayılıb. Hadisə yerinə 40 yanğınsöndürmə briqadası və 200 yanğınsöndürən cəlb edilib. Bir neçə saat davam edən gərgin əməliyyatdan sonra alovu səhərə yaxın nəzarət altına almaq mümkün olub. Şahidlərin sözlərinə görə, hadisə zamanı binadan qışqırıq, fəryad ssələri eşidilib, yuxarı mərtəbələrdən kəndir vasitəsilə enənlər, habelə təşviş içərisində aşağı atılanlar da olub. 1974 –cü ildə inşa edilən yaşayış binasında ümumilikdə 120 mənzilin olduğu bildirilir. İlkin ehtimallara əsasən yanğına dördüncü mərtəbədəki mənzillərdən birində soyuducunun partlaması səbəb ola bilər. Güclü alov əvvəl mərtəbəni daha sonra isə bütün binanı ağuşuna alıb. Sakinlərin təxliyyə edildiyi bildirilir. lakin ölənlərin və yaralananların dəqiq sayı barədə hələ ki, rəsmi açıqlama verilməyib. Binanın çökmə təhlükəsi olduğu bildirilir. Ərazi mühasirəyə alınıb. Yollar və metro xətti bağlanıb. Skotland Yarddan verilən açıqlamada yanğının başlanma anında binada neçə nəfərin olduğu barədə dəqiq məlumatın olmadığı bildirilir. Sakinlərin dəfələrlə tikilinin yanğından mühafizə sistemi ilə bağlı şikayət etdikləri məlum olub. Bundan başqa, ərazidəki küçələrin dar olması yanğınsöndürmə briqadalarının hadisə yerinə vaxtında çatmasında və yanğına müdaxilə etməsində çətinliklər yaradıb. Hadisə yerində 20 təcili tibbi yardım briqadası fəaliyyət göstərir.

13:00 / 14.06.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 24
Bu gün: 15054
Bu ay: 311710
Ümumi: 10344243
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın