/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Ərdoğan çağırış etdi

Şriftin ölçüsü:  11px13px15px17px

Səudiyyə Ərəbistanı ölkə ərazisindəki mehmanxanalarda Qətərdə yerləşən «Əl cəzirə» kanalının yayımına qadağa qoyub. ABŞ prezidenti Donald Tramp Qətərin tarixən terrorizmi maliyyələşdirən dövlət olduğunu deyib. Rəsmi Ankara isə Dohanı dəstəkləməkdə davam edəcək. Səudiyyə Ərəbistanı ərazisində «Əl cəzirə»nin yayımına qoyulan qadağanı pozan sahibkarlar və turist obyektləri 26 min dollar məbləğində cərimə ediləcək. Bu barədə ölkənin turizm və milli irs üzrə baş idarəsindən bildirilib. Həmin obektlərin lisenziyaları ləğv olunacaq. Qurum hesab edir ki, telekanalın siyasəti «Dini və mənəvi dəyərləri aşılayır» «Əl-jazeera»nın baş direktoru səlahiyyətlərini icra edən Mustafa Suaq, qərb mətbuatına açıqlamasında telekanalın ünvanına səsləndirilən ittihamları rədd edib. Və redaksiyanın siyasətini dəyişməyəcəyini bildirib. ABŞ prezidenti Donald Tramp Qətəri terrorçuluğu maliyyləşdirməkdə ittiham edib. Və buna son qoymağın vaxtının çatdığını bildirib. «Qətər tarixən terrorizmin çox yüksək səviyyədə sponsoru olub»- deyə Tramp söyləyib. Türkiyə isə Qətəri dəstəkləməkdə davam edəcək. Bunu prezident Rəcəb Tayyib Ərdoğan bəyan edib. Qətərə qarşı tətbiq edilən blokadanı aradan qaldırmağa çağıran dövlət başçısı Səudiyyə Ərəbistanına müraciət edib: “Siz, körfəzin ən böyük və qüdrətli dövlətisiniz. Bölgədə qardaşlığın baş tacı olmalısınız, bütün tərəfləri bir araya gətirməlisiniz. Biz bunu gözləyirik, bu, bizim haqqımızdır” – Ərdoğan bildirib. Bu arada Qətər əmiri Türkiyəyə səfərini təxirə salıb. Bu qərar regiondakı diplomatik böhranla əlaqələndirilir

13:00 / 10.06.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 17
Bu gün: 14680
Bu ay: 290810
Ümumi: 11273271
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın