/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Qətər krizi davam edir

Şriftin ölçüsü:  11px13px15px17px

Birləşmiş Ərəb Əmirlikləri qətərdən gələn və bu ölkəyə uçan bütün təyyarələr üçün hava məkanını bağlayıb. BƏƏ-nin mülki aviasiya idarəsi Doha hava limanına uçuş həyata keçirən beynəlxalq reyslərə xidmətin qadağan olunduğu elan edib. BƏƏ hökuməti hətta «Qatar airways»in saytına girişi də əngəlləyib. Böhran fonunda Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn terrorçuluğu maliyyələşdirən və qətərin dəstəyini alan 69 şəxs və 12 təşkilatı terrorçuların siyahısına daxil etmək qərarına gəlib. Bu barədə «Al Arabiya» məlumat yayıb. Qətər əmiri Şeyx Təmim Bin Həməd Əl-Tani ABŞ prezidenti Donald Trampın Vaşinqtona dəvətini rədd edib. Əmir Qətərin blokadada olduğu müddət ərzində ölkəni tərk etməyi planlaşdırmadığını bəyan edib. Xatırladaq ki, Tramp Qətərə və onunla münasibətləri kəsən dövlətlərə problemin həlli üçün köməyini təklif edib. Bu arada Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Qətər ərazisində türk hərbçilərinin yerləşdirilməsi haqqında sazişin ratifikasiyası haqqında sərəncam imzalayıb. Türkiyə və Qətər arasında 2014-cü ildə imzalanmış saziş Qətər ərazisində Türkiyənin hərbi bazasının yaradılmasını nəzərdə tutur. Türkiyənin bu qərarından sonra Pakistan da hərəkətə keçib. Bu ölkə Qətərə 20 min əsgər göndərmək üçün parlamentə müraciət edib.

13:00 / 09.06.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 18
Bu gün: 16207
Bu ay: 31105
Ümumi: 16345128
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın