/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Tramp Qətər əmirini ağ evə dəvət edib

Şriftin ölçüsü:  11px13px15px17px

Qahirə hava limanı ərazisində fəaliyyət göstərən Qətərin «Qatar airwais» şirkətinə məxsus ofislər bağlanıb. Qərar aeroportun rəhbərliyi tərəfindən verilib. Şirkətin əməkdaşlarının vəsiqələri və xidməti zonaya keçidə icazə verən sənədələri geri alınıb. Bu arada bir neçə ölkə diplomatik böhranın həllində vasitəçi ola biləcəyini açıqlayıb. Həmçinin, müxtəlif dairələrdən Səudiyyə Ərəbistanı və Qətərə qarşı blokadaya qoşulan digər ölkələrə təzyiqlər edilməyə başlanılıb. Məlumata görə, anti-Qətər koalisiyası problemin həlli istiqamətində 5 şərt irəli sürüb. Belə ki, rəsmi Dohadan terror təşkilatları olan “Müsəlman qardaşları”, İŞİD və “Əl-qaidə”yə maddi dəstəyin dayandırılması tələb edilir. Həmçinin Yəməndə hökumətə qarşı döyüşən husilərə maliyyə yardımı kəsilməlidir; Qətər İranın regionda təsirini gücləndirmək cəhdlərinə qarşı çıxmalı və bu ölkəni dəstəkləyən mövqeyindən əl çəkməlidir; mərkəzi Qətərdə yerləşən «Əl cəzirə» telekanalının xəbər siyasəti dəyişdirilməlidir; Körfəz əməkdaşlıq şurası tərəfindən əldə edilən razılaşmalara əməl edilməlidir. ABŞ prezidenti Donald Tramp Qətər əmiri ilə telefonla danışıb. Danışıqlar zamanı Tramp, terror təşkilatlarının maliyyələşdirilməsinə mane olmaq üçün regiondakı bütün ölkələrin birlikdə çalışmasının vacib olduğunu deyib. O, ehtiyac olarsa, tərəflərin “Ağ ev”də bir araya gələ biləcəyini söyləyib. Və əmiri Vaşinqtona dəvət edib. Rusiyanın Xarici İşlər Naziri Sergey Lavarovla iranlı həmkarı Məhəmməd Cavad Zərif arasında telefon danışığı olub. Tərəflər Qətər və digər ərəb dövlətlərini dialoqa və terrorizmlə birgə mübarizəyə çağırıblar. Bu barədə Rusiya xarici işlər nazirlyindən bildirilib.

13:00 / 08.06.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 15711
Bu ay: 30609
Ümumi: 16344632
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın