/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Səudiyyə Ərəbistanı şərt qoydu

Şriftin ölçüsü:  11px13px15px17px

Qətərlə diplomatik əlaqələri kəsən ölkələrin sayı artır. Səudiyyə Ərəbistan isə münasibətlərin normallaşdırılması üçün rəsmi Doha qarşısında 10 şərt qoyub. Türkiyə Qətərlə münasibətləri inkişaf etdirməkdə davam edəcək, bu ölkəyə qarşı sanksiyaların tətbiqi problemin həllinə gətirib çıxarmayacaq. Bunu Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan deyib. Ərdoğan Qətər ətrafında yaranmış vəziyyətin dialoq yolu ilə nizamlanması istiqamətində əlindən gələni əsirgəməyəcəyini bildirib. Səudiyyə Ərəbistanı isə münasibətlərin normallaşdırılması üçün Qətərin qarşısına 10 şərt qoyub və bu şərtlərin yerinə yetirilməsi üçün Dohaya 24 saat vaxt verib. Bu barədə Səudiyyə Ərəbistanının “Əkbər Əl En” nəşri məlumat yayıb. Məlumata görə, şərtlərin sırasında İranla diplomatik əlaqələrin dərhal kəsilməsi, “Müsəlman qardaşlar” və Həmas üzvlərinin ölkədən çıxarılması, onların bank hesablarının dondurulması və bu qruplaşmalarla əlaqələrin dayandırılması yer alıb. Bundan başqa, Səudiyyə Ərəbistanı Qətərdən “Əl Cəzirə” telekanalının siyasətini və rəhbərliyini dərhal dəyişməyi tələb edib. Ər Riyad hesab edir ki, kanalın siyasəti körfəz ölkələrinin və ərəb dünyasının maraqlarına zidd olmamalıdır. İordaniya hökuməti də "Al jazeera"nin yayımı üçün verdiyi lisenziyanı ləğv edib. Bu barədə İordaniya nazirlər kabinetinin nümayəndəsi məlumat verib. İordaniya həmçinin Qətər dövlətindəki diplomatik nümayəndəliyinin səviyyəsini aşağı endirib. Bu arada Mavritaniya Qətərlə diplomatik əlaqələri kəsdiyini bəyan edib. O, Dohanın təcridinə qoşulmuş 9-cu ölkə olub. Bundan əvvəl BƏƏ, Misir, Bəhreyn, Səudiyyə Ərəbistanı, Yəmən, Liviya, Maldiv adaları və Mavriki Qətərlə diplomatik əlaqələri kəsib. Bəzi ölkələr isə qətərlə iqtisadi əlaqələri dayandırıb.

13:00 / 07.06.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 18
Bu gün: 630
Bu ay: 105902
Ümumi: 14240263
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın