
Londonda 130 din xadimi terror hücumlarını qınayaraq, öldürülən terrorçular üçün cənazə namazı qılmaqdan imtina ediblər. Sosial şəbəkə istifadəçiləri başqa din xadimlərini də eyni hərəkəti etməyə çağırıblar. Londonun şərqində məsciddə keçirilən mərasimdə çıxış edən dindarlar ekstremizmə qarşı mübarizə aparacaqlarını, terrorun dininin olmadığını, baş verənlərin islamla əlaqəsi olmadığını bəyan ediblər. Londonun şərqindəki məscidin və London müsəlman mərkəzinin nümayəndəsi Məhəmməd Habibur-Rahman terror və ona oxşar əməllərin islamın ali prinsipləri ilə daban-dabana ziddiyyət təşkil etdiyini bildirib. O, «Bizi bölməyə çalışanlara qarşı birlikdə olacağıq” deyə bildirib.
19:00 / 06.06.2017