/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Rusiyada meşə yanğınları genişlənir

Şriftin ölçüsü:  11px13px15px17px

Rusiyada qeydıə alınan yanğın ölümlə nəticələnib. Çində isə daşqınlar 7 nəfərin həyatına son qoyub. ABŞ -ın Texas ştatında isə güclü külək 15 təyyarəyə zərər vurub. Bəzilərini yarasız hala salıb.
Rusiyanın Krasnoyarsk diyarında baş verən yanğınlar nəticəsində 130 ev yanıb. Müxtəlif şəhər və yaşayış məntəqələrində 500-dən çox insan evsiz qalıb, Kansk şəhərində isə 2 nəfər yanaraq ölüb. Çoxsaylı yanğınlarla əlaqədar regionda fövqəladə vəziyyət rejimi elan edilib. İrimiqyaslı yanğınlara səbəb yerli sakinlərin odla ehtiyatsız davranması, quru otlaq sahələrinin yandırılmasıdır. Güclü külək isə yanğının daha geniş ərazilərə yayılmasına şərait yaradıb.
Çində baş verən daşqınlar nəticəsində 7 nəfər ölüb, 100-dək bina tam və yaxud qismən dağılıb. Aramsız yağışlar regionun dörd şəhərində qeydə alınıb. Ümumilikdə, təbii fəlakət muxtar rayonun iqtisadiyyatına 8,7 milyon dollar zərər vurub, 1330 min hektar kənd təsərrüfatı sahəsinə ziyan dəyib. Hazırda təbii fəlakət zonasında xilasetmə və bərpa işləri davam etdirilir.
Texasda hökm sürən güclü külək hava limanında 15 yüngül mühərrikli təyyarəyə zərər vurub. Təyyarələrlə yanaşı 10- a yaxın anqara da zərər dəyib. Dəyən ziyanın miqdarı hələ ki, hesablanmayıb. Xəsarət alanlar yoxdur.

09:00 / 25.05.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 15
Bu gün: 581
Bu ay: 273092
Ümumi: 10802683
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın