/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Fransa da daha bir terror aktı

Şriftin ölçüsü:  11px13px15px17px

Parisin mərkəzində baş vermiş silahlı insident nəticəsində iki polis həlak olub, daha bir nəfərsə yaralanıb. Atışma zamanı yaralanan iki polisdən biri xəstəxanada keçinib. İŞİD terror qruplaşması parisdəki atışmaya görə məsuliyyəti öz üzərinə götürüb. Bu barədə bəyanatı internet sayıtlarından biri yayıb.
Hücum edənlərin iki nəfər olduğu bildirilir. Cinayətkarlar "Kalaşnikov" avtomatından atəş açıblar. Onlardan biri cavab atəşi ilə öldürülüb, digəri isə hadisə yerindən qaçıb. Cinayətkarın axtarışı davam etdirilir.
Hadisə Paris prokurorluğunun antiterror idarəsi tərəfindən araşdırılır. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə yerinə yaxın üç metro stansiyası bağlanıb. Sonradan Parisin mərkəzində daha bir atışma baş verib. İnsident nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.
Fransa prezidenti Fransua Olland baş verən hadisənin ardından açıqlama verərək atışmanın terror xarakteri daşıdığını yekun rəyin Paris prokurorluğunun antiterror şöbəsinin apardığı istintaqın nəticələri bəlli olduqdan sonra veriləcəyini deyib. Dövlət başçısı bu gün səhər fransa vaxtı ilə saat 8 də təhlükəsizlik şurasının iclasının keçiriləcəyini bildirib. Olland bu barədə baş nazir və daxili işlər nazirinin iştirakı ilə keçirdiyi təcili müşavirədən sonra bildirib. İlkin məlumata görə, Parisin mərkəzində dünən axşam polis patruluna atəş açan şəxs əvvəllər də polisə silahlı hücum etdiyinə görə məhkum olunub. Məlumata görə, 39 yaxşı şəxs bundan əvvəl onun avtomobilini saxlayan polis əməkdaşlarına atəş açdığına görə məhkumluq həyatı yaşayıb. Bundan başqa o, penitensiar müəssisəsinin əməkdaşına hücum da edib.
Bu arada ABŞ-ın Fransadakı səfirliyinin mühafizəsi gücləndirilib. Hazırda “Yelisey çölləri” prospektində yerləşən səfirliyin əsas girişinin qarşısında polislərlə dolu 4 mikroavtobus dayanıb. Diplomatik nümayəndəliyin mühafizəçilərinə isə avtomat silahlar verilib.

09:00 / 21.04.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 12
Bu gün: 573
Bu ay: 273084
Ümumi: 10802675
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın