/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Terror aktında ölənlərin sayı 11 nəfərə çatıb

Şriftin ölçüsü:  11px13px15px17px

Sankt-Peterburq metrosunda baş verən partlayış terrorçu-kamikadze tərəfindən törədilib. Hadisə nəticəsində ölənlərin sayı artır. Faciə ilə əlaqədar 3 günlük matəm elan olunub. Terror aktında yaralananlar arasında azərbaycanlının olduğu təsdiqlənib. Onun vəziyyəti orta ağır olaraq qalır.
Sankt-Peterburqda metroda törədilən terror aktı nəticəsində xəstəxanalara 51 nəfər yerləşdirilib. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə baş idarəsindən bildirilib. “Xəstəxanalara yerləşdirilən 47 nəfərin şəxsiyyəti müəyyənləşdirilib. Hazırda 4 qadının şəxsiyyəti araşdırılır deyə məlumatda qeyd olunur. Ölənlərin sayı isə 11- nəfərə çatıb.
Sankt-Peterburqda terror aktı nəticəsində yaralanan həmyerlimizin vəziyyəti orta ağır olaraq qalır. Həmyerlimiz Zaur Vəliyev hazırda Peterburqun Canelidze adına Elmi-Tədqiqat İnstitutunun təcili tibbi yardım xəstəxanasının cərrahiyyə şöbəsində müalicə olunur. Həkimlərin verdiyi məlumata görə, Zaur Vəliyevin huşu yerindədir. O, həkimlərlə danışıb. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndiriblər" İlkin araşdırmalara əsasən, Sankt Peterburq metrosunda partlayışı terrorçu-kamikadze törədib. Bu barədə “Tass” agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib. “Cinayətkarın şəxsiyyəti artıq müəyyənləşdirilib. O, Orta Asiya mənşəlidir və Suriyada döyüşən silahlılarla əlaqəsi olub”. Mənbənin sözlərinə görə, vaqonda 200-300 qram trotil ekvivalenti gücündə əldəqayırma partlayıcı partlayıb. Mənbə həmçinin bildirib ki, "Texnoloji institut" və "Sennaya ploşşad" stansiyaları arasında işəsalınan partlayıcı qurğu bir qədər sonra "Ploşşad vosstaniya" stansiyasında zərərsizləşdirilən partlayıcı qurğu ilə eyni olub. Partlayış törətməkdə şübhəli bilinən terrorçunun təhlükəsizlik kameralarına yaxalandığı anın fotosu da yayılıb. Şahidlərin sözlərinə görə, o, vaqonlardan birində bel çantasını qoyaraq metronu tərk edib. Həmin şəxsin qara paltarda və saqqallı olduğu bildirilir.
Sankt-Peterburqda metroda baş vermiş partlayışdan sonra Moskva polisi gücləndirilmiş iş rejiminə keçib. Bu barədə Daxili İşlər Nazirliyinin Moskva üzrə baş idarəsindən xəbər verilib. Bundan əvvəl bildirilib ki, Sankt-Peterburqda metroda baş vermiş partlayışdan sonra Moskva metropolitenində təhlükəsizlik tədbirləri gücləndirilib. Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda terror aktının baş verdiyi əraziyə gəlib. O "Texnoloji institut" metrosunun yerləşdiyi ərazidə terror aktı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq gül dəstəsi qoyub. Putin həmçinin Peterburqda baş vermiş terror aktı ilə bağlı Federal Təhlükəsizlik Xidmətinin İdarəsində iclas keçirib. ABŞ prezidenti Donald Tramp Sankt-Peterburqda baş vermiş terror aktı ilə bağlı rusiyalı həmkarı Vladimir Putinə zəng edib. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib. “ABŞ dövlət başçısı həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib, Rusiya xalqına dəstəyini ifadə edib. Dövlət başçıları qeyd ediblər ki, terrorizm bəladır və onunla yalnız birgə mübarizə aparmaq gərəkdir”, deyə Peskov bildirib. Onun sözlərinə görə, Donalt Tramp və Vladimir Putin əlaqələrin davam etdirilməsinə dair razılığa gəliblər. Rəsmi Təl Əviv isə Rusiyada baş verən terror aktına görə təssüflnədiyini bildirib. Terror aktında həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq Sankt-Peterburqda 3 günlük matəm elan olunub

09:00 / 04.04.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 15
Bu gün: 5999
Bu ay: 375951
Ümumi: 11902719
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın