/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Metro parladılıb

Şriftin ölçüsü:  11px13px15px17px

Sankt-Peterburq metropolitenində partlayış baş verib. Hadisə nəticəsində azı 10 nəfər ölüb, 50 – yə yaxın adam yaralanıb. . Ölən və yaralılar arasında Azərbaycan vətəndaşlarının olub-olmadığı araşdırılır. Bunu Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Soltan Qasımov bildirib. Rusiyanın Sankt Peterburq şəhərində, yerli vaxtla saat 14:30 radələrində «Sennya meydanı» və «Texnologiya institutu» stansiyalarında iki partlayış baş verib. Şəhər səhiyyə orqanlarından daxil olan məlumata əsasən partlayışlar nəticəsində ölən və yaralanlar var. Hazırda stansiyalardan təxliyə prosesinin başa çatdığı bildirilir. Əməliyyata helikopterlər də cəlb olunub. Hadisə şahidlərinin sözlərinə görə, partlayışlar vaqonların daxilində, qatar hərəkətə başlayan zaman baş verib. Metropolitenin «Sadovaya», «Neva prospekti» və « Frunzenskaya» da daxil olmaqla 7 stansiyası bağlanıb. Sərnişinlər evakuasiya edilib. Vitse qubernator İqor Albin hadisə yerinə gəlib. İnsident baş verən ərazidə operativ qərargah yaradılıb. Hadisə barədə Rusiya prezidenti Vladimir Putinə məruzə olunub. Putin baş verən partlayışlarda həyatını itirənlərin ailələrinə başsağlığı verib. "Rusiya hökuməti hadisə nəticəsində zərər çəkənlərə yardım göstərilməsi məqsədilə bütün lazımi tədbirləri görəcək" – deyə dövlət başçısı bildirib. Onun sözlərinə görə, terror da daxil olmaqla, partlayışın bütün mümkün səbəbləri nəzərdən keçirilir. Son məlumata görə metronun « İnqilab meydanı» stansiyasıda partlayıcı qurğu aşkarlanaraq zərərsizləşdirilib. Sank-Peterburqda baş verən partlayışlardan sonra Moskva metropolitenində də təhlükəsizlik tədbirləri gücləndirilib.

19:00 / 03.04.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 25
Bu gün: 5089
Bu ay: 375041
Ümumi: 11901809
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın