/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Novruz bayramını digər xalqlar necə qeyd edir?

Şriftin ölçüsü:  11px13px15px17px

Mart ayında türk xalqları, eləcə də bir sıra digər xalqlar Novruzu -baharın qarşılanması və təbiətin oyanması günü kimi qeyd edir. Bu hadisə şərqdə yeni ilin başlanması kimi qeyd olunur. Bəs görəsən Novruz baramı İran, Əfqanıstan, Qazaxıstan, Qırğızıstanda necə qeyd olunur. Novruz bayramı ilə bağlı türk topluluqlarında müxtəlif adətlər meydana gəlib. Orta Asiyadan, Balkan türklərinə,həttda Amerikadakı qızıldərilərin yaşadığı ədətlərdə bu mərasimin ənənələrinə rast gəlmək mükündür. Azərbaycanda hər il Novrüz bayramı böyük coşqu ilə qeyd olunur. Novruzun əsas atributu olan səməni ruzi bərəkət sinvoludur. Qonşu dövlət olan İranda da Novruz baramı qeyd olunur, amma iranlıların əksəriyyəti bayramı Azərbaycanda qeyd etməyə üstünlük verirlər. Qırğız türklərində isə Novruz bayramının mart ayında olduğu və yeni ilin ilk günü anlamına gəldyi ifadə edilir. Bu gün də «Novruz köcö» deyilən xüsusi yemək hazırlanır. Qırğızlar tonqal da yandırırlar, onlar deyirlər ki, bu qədim türklərdən qalma adətdir. Onlar «alas-alas,hər bəladan xilas», deməklə öz həyatlarını atəşlə pis ruhlardan təmizləyirlər. Türkmənistanda isə Novruz baramı həm də xalq günü kimi qeyd edilir. Qarşılıqlı ev ziyarətləri edilir, təbriklər göndərilir. Türkmənistanda bir müddət əvvəl həttda mart ayına Novruz da deyirdilər. Sonralar bu ləğv olundu. Amma bütün bunlara baxmayraq, Novruz bayramı böyük coşqu ilə qeyd edilir. Qazaxıstanda isə Novruz bayramı 21 martdan qeyd olunur. Bu bayramda baharın gəlişi əsas götürülür. Əsasən, şəhər meydanlarında böyük coşqu ilə qeyd olunan baramda qədim adət ənənələr nümayiş olunur. Odun yandırılması ilə başlanan mərasimlər müxtəlif rəqslərlə davam etdirilir. Özbəkistanın Səmərqənd,Buxara,Əndican şəhərlərində Novruz günü başlayan mərasimlər adətən bir həftə davam edir. Xalq bu mərasimlərdə çadır-çadır gəzərək bir-birlərinin bayramlarını təbrik edirlər. Bu ziyafətlərdə qonaqlara plov təqdim edilir. Özbəklər Novruz süfrəsi üçün şəkərdən hazırlanmış «nişala» bişirirlər. Əfqanıstanda isə novruzu hər kəs özünün doğum günü kimi qeyd edir. Bu gün hər kəs təzə libasını geyinir. Yaxınlarının məzarlarını ziyarət edirlər. İnsanlar arasında inciklik küsülülük aradan qaldırılır. Teymur Mərdanoğlu

19:00 / 21.03.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 19
Bu gün: 18032
Bu ay: 460371
Ümumi: 11987139
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın