/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Trampın müşaviri niyə istefa verdi?

Şriftin ölçüsü:  11px13px15px17px

Ötən gün istefaya gedən ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mykl Flin barədə yeni iddialar ortaya çıxıb. Məlumata görə onun istefaya getməsinin səbəbi Rusiya olub. ABŞ Federal Təhqiqatlar Bürosu Maykl Flini Rusiya səfiri ilə danışıqlar apardığına görə dindirib. Həmin danışıqlar flinin istefaya getməsi ilə nəticələnib. Flinin ABŞ Federal Təhqiqatlar Bürosuna verdiyi ifadələrin yalan olması müəyyən ediləcəyi təqdirdə o, cinayət məsuliyyətinə cəlb olunacaq.
Qeyd edək ki, Flin bazar ertəsi axşam saatlarında istefa verib. İstefa ərizəsində o, Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyak ilə təmasları barədə Ağ evə tam məlumat vermədiyini etiraf edib. Bundan əvvəl bildirilmişdi ki, Flin 2016-cı ilin dekabrında Sergey Kislyakla Rusiyaya qarşı tətbiq olunan sanksiyaları müzakirə edib. Lakin digər bir məlumata görə, ABŞ prezidenti Donald Tramp milli təhlükəsizlik üzrə sabiq müşaviri Maykl Flinə Rusiya səfiri Sergey Kislyakla sanksiyaların uzadılması məsələsinin müzakirə olunmasına dair heç bir göstəriş verməyib. Bu barədə Ağ evin nümayəndəsi Şon Spayser bildirib.
Spayserin sözlərinə görə, Tramp artıq Flinə olan etibarını itirsə də, onun hərəkətlərini qanun pozuntusu kimi qəbul etmir. Donald Tramp bundan əvvəl Maykl Flinin istefasına səbəb olmuş Vaşinqtonun məxfi məlumatlarının mətbuata sızdırılmasından narazılığını bildirib.

09:00 / 15.02.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 11
Bu gün: 19857
Bu ay: 407230
Ümumi: 13231528
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın