/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

ABŞ İsrail-Fələstin münaqişəsində mövqeyini dəyişir

Şriftin ölçüsü:  11px13px15px17px

ABŞ Yaxın Şərq probleminin nizamlanmasında “İki dövlət” prinsipini təkid etməyəcək. Bu barədə jurnalistlərə Ağ evin yüksək vəzifəli nümayəndəsi bildirib. O deyib ki, əgər beş nəfərdən “İki dövlət” prinsipi əsasında həll variantının nə demək olduğunu soruşsanız, səkkiz fərqli cavab alacaqsınız. BMT -dən məsələyə münasibət gecikməyib. “İki dövlət prinsipi sülhə gətirib çıxarmır. Bu, kimlərinsə nail olmaq istədiyi məqsəd deyil. Məqsəd - tərəflərin iki dövlət prinsipi və ya digər istəkləri əsasında əldə olunacaq sülhdür və biz onlara bu məsələdə yardım etmək niyyətindəyik”, - deyə ABŞ administrasiyasının nümayəndəsi bildirib.
Ağ ev təmsilçisi əlavə edib ki, “İki dövlət” prinsipinin özü heç də aydın deyil. Bizim sülhün şərtlərini diktə etmək fikrimiz yoxdur”, - BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Farhan Hak Ağ ev nümayəndəsinin Yaxın Şərq probleminin həllinə yanaşmanın dəyişə biləcəyi ilə bağlı bəyanatını şərh edib. Ağ evin nümayəndəsi ABŞ və İsrail liderlərinin Vaşinqtonda keçiriləcək görüşü ərəfəsində jurnalistlərə bildirib ki, Birləşmiş Ştatlar problemin həlli zamanı iki dövlət prinsipinə təkid etməyəcək. O bildirib ki, ABŞ-ın mövqeyinə görə əsas sülhün əldə olunmasıdır, tərəflər ona gedən istənilən yolu özləri seçə bilərlər. "siz bizim iki dövlət prinsipini dəstəkləməyimizdən xəbərdarsınız. Bundan başqa şərh verməyəcəyəm", - " deyə Hak bildirib. Qeyd edək ki, bu vaxtadək ABŞ münaqişənin həlli məsələsində bölgədə iki suveren dövlətin - İsrail və Fələstinin yaradılması prinsipinə əsaslanıb. Xatırladaq ki, İsrailin baş naziri Binyamin Netanyahu bu gün Vaşinqtonda ABŞ prezidenti Donald Trampla danışıqlar aparacaq.

09:00 / 15.02.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 17
Bu gün: 12681
Bu ay: 367314
Ümumi: 11894082
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın