/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Donald Tramp vəzifəsinin icrasına başlayıb

Şriftin ölçüsü:  11px13px15px17px

ABŞ-ın 45-ci prezidenti Donald Tramp vəzifəsinin icrasına başlayıb. Ötən gün baş tutan ınaqurasiya mərasimində tramp gələcək fəaliyyətinin konturlanı cızıb. Radikal İslamın kökünü kəsəcəyini bəyan edib. Donald Tramp artıq ağ evə köçüb. O, andiçmə mərasimindən sonra Amerika rəhbərlərinin əsas iqamətgahına üz tutub. Tramp və həyat yoldaşı Melani yol boyu mərasimə toplaşmış insanları salamlayıblar. ABŞ-ın 45-ci prezidenti inauqurasiyadakı çıxışı zamanı əvvəlki hökumətin fəaliyyətini tənqid edib.
Tramp həmçinin dünyada terrorçuluğa son qoyacağına söz verib. Bununla belə o, hazırda ABŞ ordusunun acınacaqlı vəziyyətdə olduğunu vurğulayıb. ABŞ prezidenti səlahiyyətlərinin icrasına başlamış Donald Tramp inauqurasiya şərəfinə təşkil edilən balda qısa nitqlə çıxış edib. "Biz bunu bacardıq!" - deyən Tramp Amerikanı yenidən əzəmətli edəcəyinə söz verib. Bundan sonra o, ölkənin birinci xanımı ilə rəqs etməyə başlayıb. ABŞ-ın keçmiş prezidenti Barak Obama və sabiq vitse-prezident Co Bayden inauqurasiya mərasimindən sonra Vaşinqtonu tərk ediblər. Obama və həyat yoldaşı andiçmə mərasiminin keçirildiyi ABŞ konqresinin binasının qarşısında onları gözləyən helikopterlə hərbi hava qüvvələrinin Endrüs bazasına gedib. Oradan isə ailəsi ilə birlikdə Kaliforniyaya istirahətə yollanıb. Co Bayden isə qatarla Delaver ştatındakı evinə gedib. Bu arada Ağ evin rəsmi saytında Donald Tramp administrasiyasının fəaliyyət proqramı dərc edilib. Proqram 6 bənddən ibarətdir. Bəndlər arasında energetika, xarici siyasət, iqtisadiyyat, yeni iş yerlərinin yaradılması, ordunun gücləndirilməsi, hüquq-mühafizə orqanlarına dəstək və ticarət müqavilələrin bağlanmasını nəzərdə tutan müddəalar yer alır. Saytda həmçinin Donald Tramp, birinci xanım Melaniya, vitse-prezident Mayk Pens və onun həyat yoldaşı, eləcə də administrasiyaya daxil olan nazirlərin tərcümeyi-halı yerləşdirilib. Andiçmə mərasimnin keçirildiyi vaxt Trampın əleyhdarları Vaşinqtonda aksiyalar təşkil ediblər. Qara geyimdə olan fəallar səs qumbaraları partladıblar, bankların və mağazaların vitrinlərini dağıdıblar. Paytaxta ölkənin digər ştatlarından minlərlə etirazçı gəlib. Onların əksəriyyəti daş və dəyənəkelə silahlanıb. Paytaxtın mərkəzində avtomobil yandırılıb. Təkcə Vaşinqtonda 217 nəfər saxlanılıb. Qarşıdurmalar zamanı 6 polis işçisi yüngül xəsarət alıb. Trampın əleyhadları ilə tərəfdarları arasında toqquşmaların qarşısını almaq üçün yollar bağlanıb.
Etirazlar bu gün də davam edəcək. Polis küçələrə təxminən 200 min fəalın çıxacağını gözləyir. Qadınların yürüşü ABŞ tarixində prezidentin inauqurasiyasına qarşı ən kütləvi etiraz olacaq. Yürüşə məşhurlar da dəstək verəcək. Aksiyalar ABŞ-ın digər ştatlarında da keçiriləcək. Yürüşlər 30-dan çox ölkədə də gözlənilir.
Fələstində də bir qrup fəal trampa etiraz edib. Onlar əllərində «Trampı dayandırın. Qüds Fələstinin paytaxtıdı» kimi şüarlar tutublar. Onlar ABŞ-ın İsraildəki səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsinə qarşıdırlar. Qeyd edək ki, Donald Tramp öz çıxışlarının birində bunun mümkün olduğunu bildirmişdi.

13:00 / 21.01.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 15
Bu gün: 12747
Bu ay: 367380
Ümumi: 11894148
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın