/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

“Reina” qətliamını törədən şəxs barədə təfərrüatlar açıqlanır

Şriftin ölçüsü:  11px13px15px17px

Türkiyədə “Reina” gecə klubuna girərək 39 nəfəri öldürən terrorçu haqda yeni məlumatlar üzə çıxıb. Özbəkistan vətəndaşı Abdulkadir Maşaripov İstanbulu tərk etməyə hazırlaşırmış. Bu barədə «Milliyet» qəzeti məlumat yayıb.
Qəzetin əməkdaşı yüksək vəzifəli polis məmuru ilə görüşüb və bu haqqda məlumat aldığını bildirib. Tolqa Şardan yazır: “”Reina” qətliamından sonra qaçan terrorçunu tutmaq üçün 2 min polis səfərbər olunaraq axtarışlara başlayıblar. Polislər 7 min 200 saatlıq kamera görüntülərini izləyiblər və Maşaripovun hadisədən sonra mindiyi taksi barədə araşdırmalar aparıblar. Bəzi ev və kafelər isə bir-bir yoxlanılıb. Zeytinburnu, Beşiktaş səmtində orta asiyalıların qaldığı evlər 24 saat müddətində polis nəzarətinə götürülüb, şübhəli görünənlər izlənilib. Bunun nəticəsində Maşaripovun qala biləcəyi evlərin sayı 5-ə enib. Keçən həftə arvadı və uşağı tutulanda isə terrorçu izini bəlli etməyə başlayıb. O, Sefaköydə qaldığı evi tərk edərək Esenyurda gəlib. Esenyurddakı ev bundan sonra 5 gün müddətində izlənilib. Kəşfiyyat dairələri isə evdəki vəziyyəti aydınlaşdıraraq silah olmadığı qənaətinə gəlib”. Qeyd edək ki, terrorçunun yaxalandığı ev İŞİD terror təşkilatına aid olub və müxtəlif ölkələrdən gələrək təşkilata qoşulmaq istəyənlər bu evlərdə saxlanılaraq Suriyaya göndərilib. Maşaripovun da bu evdən ayrılmaq, həmçinin İstanbulu tərk etmək istədiyi məlum olub və o, bunun üçün kuryerdən də kömək istəyib. Maşaripovun İstanbuldakı görüşlərini təşkil edən şəxsın isə hələ də polis nəzarətində olan İlyas Mamaşaripov olduğu üzə çıxıb. İlyas Mamaşaripavın kod adı “Yusuf” olub. Onun Konyadan gələn “Reina” qətliamçısını İstanbulda qarşıladığı da məlum olub.
39 nəfəri öldürən terrorçu tutulan zaman onun qaldığı evdən 197 min ABŞ dolları, Liviya, İraq pulu və iki silah ələ keçirilib. Evdə qadınlara aid olduğu ehtimal edilən kosmetik vasitələr və idman salonuna ödənilən pulun qəbzi diqqət çəkib. Törətdiyi qətliamdan 17 gün sonra tutulan 34 yaşlı Abdulqadir Maşaripovun Pakistanda və Əfqanıstanda iki il təlim keçdiyi məlum olub. Maşaripovla birlikdə tutulan kişinin iraqlı olduğu üzə çıxıb. Tutulan qadınların isə Seneqal, Somali və Misir vətəndaşı olduğu bildirilir. Əməliyyatdan sonra polislər evdə 6 saat araşdırma aparıblar. Evdən tapılan marketlərdən alınan ərzaq çekləridən məlum olub ki, hər gün evdən çıxmamaq üçün böyük məbləğlərdə bazarlıqlar edilirmiş. Evdən çox sayda elektrik lampasının çıxması da bu ehtimalı gücləndirir. Qeyd edilir ki, Maşaripov tutulan zaman oğlu yanında olmayıb. 4 yaşlı uşağın harada olduğu məlum deyil.

09:00 / 18.01.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 17
Bu gün: 19483
Bu ay: 406856
Ümumi: 13231154
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın