/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

ABŞ Türkiyəyə dəstəyini artıracaq

Şriftin ölçüsü:  11px13px15px17px

“Bu gün Türkiyə zəif yox, güclü bir dövlət olduğundan daxildən və xaricdən hücumlara məruz qalır”. Belə açıqlama ilə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan çıxış edib. Bu arada ABŞ Suriyanın şimalında İŞİD-ə qarşı hərbi əməliyyat aparan Türkiyəyə dəstəyini artıracaq. ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya Suriyada ciddi irəliləyişə nail ola bilməyib. Üstəlik vəziyyəti daha da çətinləşdirib. Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib. Pentaqon rəhbərinin “Rusiyanın İŞİD-lə mübarizəyə verdiyi töhfə sıfıra bərabərdir” fikrinə münasibət bildirən Şoyqu, amerikalı həmkarının ölkənin adını səhv saldığını bildirib və onu daha diqqətli olmağa çağırıb. “Bu gün Türkiyə zəif yox, güclü bir dövlət olduğundan daxildən və xaricdən hücumlara məruz qalır”. Bunu isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. ABŞ Suriyanın şimalında İŞİD-ə qarşı hərbi əməliyyat aparan Türkiyəyə dəstəyini artıracaq. Bu barədə “Vaşinqton post” yazır. Bildirilir ki, ABŞ-a məxsus pilotsuz uçuş aparatları Türkiyə ordusu üçün Suriyanın şimal-qərbində İŞİD mövqelərinə aid kəşfiyyat məlumatları toplamağa başlayıb. ABŞ terrorçuların mövqelərinə havadan zərbələr endirəcək, Türkiyə ordusunu lazımi avadanlıqla təmin edəcək. Bu arada Türkiyə ordusu Suriyada İŞİD - ın 19 yaraqlısını məhv edib. Məlumata əsasən, Suriyada keçirilən «Fərat qalxanı» əməliyyatı çərçivəsində terrorçuların mövqelərinə havadan zərbələr endirilib. Nəticədə terrorçuların 367 istehkamı və sığınacaq yeri dağıdılıb.

19:00 / 10.01.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 27
Bu gün: 14707
Bu ay: 352217
Ümumi: 13176515
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın