/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Rusiya Suriyadakı qoşunlarının sayını azaldır

Şriftin ölçüsü:  11px13px15px17px

Suriya ordusu paytaxt Dəməşqin yaxınlığında mülki insanlara qarşı kimyəvi silahdan istifadə edib. Nəticədə 8 nəfər ölüb. Məlumatı Türkiyə mediası yayıb. Rusiya isə Suriyadakı qoşunlarının sayını azaltmağı qərara alıb. Bu barədə Rusiya silahlı qüvvələrinin baş qərargah rəisi Valeri Gerasimov açıqlama verib. Suriyanın hökumət quvvələri Dəməşq şəhəri yaxınlığındakı Vadi-Barada vadisində xlor qazından istifadə edib. Məlumata görə, vadiyə qazlı çəllək bombalar atılıb. Nəticədə səkkiz dinc sakin dünyasını dəyişib. Xəbərdə o da bildirilib ki, hələb üzərində nəzarəti ələ alandan sonra Əsəd rejimi güclərini Dəməşqin qərbindəki Vadi-Barada bölgəsinə yönəldib. “ABŞ prezidenti Barak Obamanın Suriyaya müdaxilə planı İngiltərəyə görə pozuldu”. Bunu isə ABŞ-ın dövlət katibi Con Kerri deyib. “Prezident Barak Obama bildirmişdi ki, əgər Bəşər Əsəd rejimi kimyəvi silahdan istifadə edərsə, o zaman ABŞ Suriyaya müdaxilə edəcək. O, kimyəvi silahın "qırmızı xətt" olduğunu söyləmişdi. Ancaq 2013-cü ildə hökumət qüvvələrinin Dəməşq yaxınlığında zarin qazından istifadə etdiyi məlum olmuşdu. Buna baxmayaraq, ABŞ müdaxilə etmədi və "qırmızı xətt"in keçilməsinə icazə verdi. Bunun məsuliyyətini isə Britaniyanın o vaxtkı baş naziri devid kemeron daşıyır. Çünki "qırmızı xətt" keçildiyində bəşər əsədin mövqelərinə zərbələr endirilməli idi. Kemeron bununla bağlı məsələni Britaniya parlamentinin gündəliyinə çıxartdı. Parlamentin qəbul etdiyi qərar əsasında isə hava zərbələri endirilməsinin qarşısı alındı”. Bu arada Rusiya müdafiə nazirliyi ölkə prezidenti Vladimir Putinin qərarına uyğun olaraq Suriyada qoşun qruplarının azaldılmasına başlayıb. Rusiya silahlı qüvvələrinin baş qərargah rəisi Valeri Gerasimovun sözlərinə görə, münaqişə zonasını ilk olaraq "Admiral Kuznetsov" təyyarədaşıyan gəmisi tərk edəcək. General, həmçinin hərbi əməliyyatların keçirildiyi zonadan "Kuznetsov"la yanaşı, "Pyotr Velikiy" kreyserinin və onları müşayiət edən gəmilərin ayrılacağını da bildirib. Türkiyə silahlı qüvvələrinin baş qərargahı isə ölkənin Suriyadakı hərbi əməliyyatları ilə bağlı statistikanı açıqlayıb. Məlumata görə, Türkiyə ordusu «Fərat qalxanı» başlayandan bu günədək Suriyada İŞİD-in 140 istehkam və sığınacağını məhv edib, 1536 terrorçu öldürülüb, 32-si isə zərərsizləşdirib. “PYD”-nin də 306 döyüşçüsünün zərərsizləşdirildiyi bildirilir. Xatırladaq ki, «Fərat qalxanı» əməliyyatı bu il avqustun 24-də başlayıb.

19:00 / 06.01.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 24
Bu gün: 14730
Bu ay: 352240
Ümumi: 13176538
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın