/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

İstambulda qətliamı kim törədib?

Şriftin ölçüsü:  11px13px15px17px

Yeni il gecəsi İstanbulda törədilən terror aktı nəticəsində ölənlərin əksəriyyətinin şəxsiyyəti müəyyənləşdirilib. Araşdırmalar zamanı yeni faktlar üzə çıxıb. Silahlı hücum bütün dünyada geniş rezonansa səbəb olub. “Reina” gecə klubunda törədilən terror aktı nəticəsində ölən 39 nəfərdən 38-nin şəxsiyyəti müəyyənləşib. Şəxsiyyətləri müəyyənləşdirilən 13 nəfərin meyiti artıq ailələrinə təhvil verilib. Onlardan 11-i Türkiyə, biri İraq, daha biri isə ikili vətəndaşlığı olan şəxsdir. 25 xarici vətəndaşın meyiti tibbi ekspertizadan sonra ailələrinə təhvil veriləcək. Bir nəfərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində işlər davam edir. Terror aktı zamanı yaralanan Azərbaycan vətəndaşlarının kimliyi də məlum olub. Xəsarət alan şəxslər Rəşad Vəliyev və Günel Həsənovadır. Onların xəstəxanada müalicəsi davam etdirilir. Qeyd edək ki, yeni il gecəsi naməlum silahlı şəxs və ya şəxslər gecə klubununun girişində duran polis əməkdaşını və mülki şəxsi qətlə yetirib, sonra isə içəri daxil olaraq oradakı insanlara atəş açıb. Hücum zamanı içəridə 600-dək adam olub. Nəticədə 39 nəfər ölüb, 65 – i yaralanıb. Terror aktına görə məsuliyyəti hələlik heç bir qrunlaşma öz üzərinə götürməyib. Qeyri rəsmi məlumatlara əsasən, hücum zamanı xüsusi güllələrdən istifadə edilib. Santa klaus geyimində olan caninin xüsusi soyuqqanlılıqla davranması, planlı şəkildə hərəkət etməsi, sonradan əynini dəyişib, insan axınına qarışaraq məkanı tərk etməsi onun sıradan bir bir terrorçu olmadığını göstərir. Silahlı basqının regionda gərcinliyi artırmaq məksədilə hər hansı ölkənin xüsusi xidmət orqanının təşkil etdiyi istisna edilmir. «Onlar xaos yaratmağa çalışırlar. Dinc sakinlərə hücumlarla xalqımızı ruhdan salmaq və vətəndaşlarımızı qorxu altında saxlamaq istəyirlər. Türk milləti öz soyuqqanlılığını qoruyaraq birləşəcək. Biz heç vaxt belə çirkli oyunlar qarşısında geri çəkilməyəcəyik» bunu terror aktıyla bağlı açıqlamasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. İstanbulda baş verənlər bütün dünyada ceniş əks səda doğurub. Dünya liderləri terroru lənətləyir və Türkiyə xalqına başsağlınlarını ünvanlayırlar. Almaniya kansleri Angela Merkel də gecə klubunda törədilən qətliamdan sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. Merkel terror aktını vəhşi və alçaq əməl adlandırıb. Həmçinin Almaniyanın xin başçısı Frank-Valter Ştaynmayer törədilən terror aktını pisləyib. Roma Papası Fransisk də terror olayını kəskin qınayıb. Papa Vatikanda çıxışı zamanı olayla bağlı dərin təəssüf hissi keçirdiyini bildirib. “Xoş arzular və ümid gecəsi olan yeni il ərəfəsində belə hücum bizi dərindən sarsıtdı. Dualarım həyatını itirənlər, onların ailələri, yaxınları və bütün türkiyə xalqıyladır”, - deyə papa bildirib.

13:00 / 02.01.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 15
Bu gün: 9193
Bu ay: 158934
Ümumi: 14293295
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın