/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

İrəvanda əskər anaları etiraz aksiyası keçirib

Şriftin ölçüsü:  11px13px15px17px

Ermənistanda müxtəlif səbəblərdən orduda övladları həlak olan hərbçilərin valideynləri İrəvanda Nazirlər Kabinetinin binası önündə aksiya keçiriblər. Əsgər valideyinlərinin fikrincə, hərbi xidmət zamanı ölən, yaxud yaralanan hərbçilərin ailələrinə yardım fonduna, işləyən hər kəsin əmək haqqından ayda tutulacaq 1000 dram, təxminən 2 dollar bu məqsədlə istifadə olunmayacaq. Valideyinlər bəyan ediblər ki, yoxsul xalqdan 1000 dram yığmaqdansa hakimiyyət oğurladıqlarını qaytarsın. «Onlar bu vəsaiti də sovuracaqlar. Deyəcəklər ki, əsgər sərhəddə intihar edib, bunu bəhanə edib həmin vəsaiti mənimsəyəcəklər”-deyən əsgər anaları bildiriblər ki, Ermənistanın baş prokuroru Artur Davtyan ölən əsgərlərin valideyinlərinin hər biri ilə ayrılıqda görüşməyə söz versə də, buna əməl etmir. “20 il ərzində dinc şəraitdə orduda nə qədər ölən olub, bu işlərin hamısının üstü açılacaq. Bunlar zəncirvari cinayətkarlardır - müdafiə naziri və baş prokuror”-valideyinlər belə deyib. Onlar həmçinin bildiriblər ki, keçmiş müdafiə naziri Seyran Ohanyan da cinayətkardır. Ohanyanın müxalif mövqedən çıxış etmək niyyətinə gəldikdə, valdeyinlərdən biri bildirib ki, bu oyundur. “Seyran Ohanyan heç vaxt müxalifətçi ola bilməz”.

09:00 / 25.11.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 23
Bu gün: 15900
Bu ay: 59923
Ümumi: 17280376
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın