/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

İraq ordusu Mosula daxil olub

Şriftin ölçüsü:  11px13px15px17px

İraq ordusu Mosulun Əl-Karama rayonuna daxil olub. Komandanlığın məlumatına görə, şəhərin mərkəzinə cəmi bir neçə yüz metr qalıb. Bu arada, Əfqanıstan hərbçiləri İŞİD terror qruplaşmasının silahlıları tərəfindən girov götürülən 19 dinc sakini azad edib. İraq ordusu Mosulun şərqində hücumları bərpa edib. Məlumata görə, ordu Dərcə çayının şərq sahilinə kimi irəlləməyi planlaşdırır. Artıq Əl-Karama rayonu hərbçilərin əlindədir. Mosulun mərkəzində isə güclü partlayış baş verib. Yerli sakinlər partlayış nəticəsində terror qruplaşmasının bir sıra üzvlərinin, o cümlədən İŞİD lideri Əbu Bəkr Əl-Bağdadi ilə birbaşa bağlı olan elit batalyon komandirlərinin öldüyünü bildiriblər. Partlayışın hansı qüvvələr tərəfindən törədildiyi dəqiqləşdirilməyib. Bu arada Əfqanıstan silahlı qüvvələri İŞİD silahlıları tərəfindən girov götürülmüş 19 dinc sakini azad edib. Ərazinin terrorçulardan təmizlənməsi üzrə əməliyyat ölkənin şərqindəki Nanqarhar vilayətində aparılıb. Məlumata görə, azad edilənlər arasında uşaqlar da var. Onlar ailələrinə qaytarılıb. Bundan əlavə, əməliyyat çərçivəsində Açin rayonunda 11 İŞİD silahlısı zərərsizləşdirilib.

19:00 / 31.10.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 7
Bu gün: 15305
Bu ay: 429128
Ümumi: 12607515
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın