/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

“G20”-lərin sammiti başa çatdı

Şriftin ölçüsü:  11px13px15px17px

Çinin Quançjou şəhərində «G-20» dövlətlərinin sammiti başa çatıb. Bu ilki toplantı mühüm məsələlər ilə bağlı nəticəsizliyi ilə seçilib. Belə vəziyyət də sammitin əhəmiyyətinin ildən-ilə azalmasına gətirib çıxara bilər. Quançjoudakı 20-lik dövlətlərinin sammitində imzalanan yekun bəyannamə də göstərdi ki, toplantı gözləntiləri qarşılamayıb. Xüsusilə dünyanın əsas güc mərkəzləri ortaq maraqda birləşə bilməməsi belə deməyə əsas verir. Birləşmiş Ştatların dövlət başçısı Barak Obamanın rusiyalı həmkarı Vladimir Putinlə görüşünün bu baxımdan həlledici amil olduğunu da vurğulamaq lazımdı. Bundan əvvəl iki ölkənin xarici işlər nazirinin görüşü baş tutmuşdu və sonrasında verilən açıqlamalardakı ziddiyyət diqqət çəkmişdi. ABŞ Dövlət Departamentinin rəhbəri Con Kerri iki ölkə arasında hətta bəzi texniki məsələlərdə də razılıq əldə oluna bilmədiyini demişdi. Rusiya tərəfi isə görüşün ölkələri üçün yaxşı keçdiyinə və razılaşmanın yaxın olduğu vurğulanmışdı. Prezidentlərin görüşündən sonra isə həm Obama, həm də Putin Ukrayna və Suriyadakı münaqişə ilə bağlı hansısa konkret razılaşmaya nail ola bilmədiklərini təsdiqləyiblər. Bunun nəticəsidir ki, 11-ci sammitə ev sahibliyi edən Çinin dövlət başçısı Si Cinpin toplantının yekunlarına dair çıxışının əsas hissəsini qlobal iqtisadiyyatın inkişafı və maliyyə məsələləri ilə əldə olanan razılaşmalara ayırıb. Lakin, mütəxəssislər hesab edir ki, əsalində bu məsələdə də dövlətlərin fikirləri birmənalı deyil və birbaşa innovativ, 4-cü sənaye modelinə keçid bəzi dpvlətlərin iqtisadiyyatına ağır zərbə endirə bilər. Buna baxmayaraq sammitin yekun bəyannaməsində 2017-ci il üçün qarşıya qoyulan əsas məqsəd kimi davamlı iqtisadi inkişafa nail olmaq göstərilib. Lakin, siyasi ziddiyyətlərin daha da dərinləşəcəyi halda davamlı inkişafı təmin edəcək hansısa iqtisadi əməkdaşlıqdan söhbət belə gedə bilməz.

13:00 / 06.09.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 14
Bu gün: 15183
Bu ay: 429006
Ümumi: 12607393
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın